Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin 24 aprel fiaskosu



İsrailin ardınca, Rusiya prezidentinin də saxta soyqırım törəninə qatılmayacağı xəbəri yayılıb; ermənilər yalnız Fransua Ollandla təsəlli tapmalı olacaqlar


Ermənilərin yubiley ağlaşmasına bir şey qalmadı. Ancaq belə görünür, İrəvan rəsmilərinin və erməni təbliğat maşınının aylardır göstərdiyi canfəşanlığa rəğmən, 100 illik ildönümü 2015-ci ilin hadisəsinə çevirmək artıq mümkün olmayacaq. 

Bir sıra erməni təhlilçiləri də etiraf etməyə başlayıb ki, fürsət qaçırılıb, hazırlıq işləri fiasko olub. Əslinə qalsa, qonşu Ermənistanda əhalini indi ən çox dolanışıq, sabaha qarantiya, təhlükəsizlik düşündürür, nəinki uydurma bir məsələnin yubileyinə hazırlıq işləri. Bundan əlavə, ölkədaxili ictimai-siyasi durumun, o sırada iqtidar-müxalifət münasibətlərinin gərginləşməsi və Sərkisyan rejimindən narazılığın pik həddə çatması, milli konsensusun alınmaması da hazırlıq işlərinin əleyhinə işləməkdədir. 

Ötən yazılarımızın birində qeyd elədiyimiz kimi, 100 illiklə bağlı tədbir çətin ki, xain qonşularımızın və erməni lobbisinin ürəyincə olsun: onlar bu tədbirdən umduqları siyasi-təbliğati effektə nail olmayacaqlar. Bunu da daha bir neçə mühüm xarici amillə, vazkeçilməz regional və qlobal şərtlə əlaqələndirmişdik. 

Onların arasında dünyanın, Qərbin başının daha çox Yaxın Şərqə (Suriya, İraq), İŞİD və Ukrayna məsələsinə qarışmasını, beynəlxalq terrorizm və qlobal təhlükəsizlik problemlərinin xeyli önə çıxmasını, həmçinin dünyanın “erməni iddiaları”dan yorulduğunu, Türkiyə faktorunun artan önəmini, Türkiyə və Azərbaycan lobbilərinin daha effektli fəaliyyətini qabartmışdıq. 

Hətta sadalanan məsələlər olmasaydı, rəsmi İrəvanın Kremlin Avrasiya layihələrində can-başla yer alması və birmənalı olaraq Moskvanın ağuşunda qərar tutması onu Rusiya ilə “soyuq savaş”da olan Qərbin gözündən salıb. Dağlıq Qarabağ məsələsində İrəvanın maksimalist mövqe tutmaqla sırf Rusiya maraqlarına işlədiyini də bura əlavə eləsək, o zaman sual ortaya çıxır ki, əcəba, Qərb nəyin qarşılığında Rusiyanın forpostuna “yubiley lütfkarlığı” göstərməlidir? 

Elə 24 aprellə bağlı gələn məlumatlar da bunu təsdiq edir. Böyük ehtimalla, gələn ay İrəvandakı tədbirə Fransa prezidenti Fransua Ollanddan savayı, heç bir Qərb lideri qatılmayacaq. Ən yaxşı halda, yalnız 2-ci, 3-cü səviyyəli nümayəndə heyətlərinin iştirakı mümkün ola bilər. Başqa sözlə, ermənilər yalnız Ollandla özlərinə təsəlli verməli olacaqlar.  
                      
Məsələ də ondadır ki, İsrail prezidentinin, ümumiyyətlə, İsrail rəsmi nümayəndə heyətinin 24 apreldə İrəvana gəlməyəcəyi bəlli olandan sonra Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyanın prezidenti Vladimir Putinin də eyni addım atacağı haqda xəbərlər yayılıb. Rusiyalı siyasi analitik Oleq Kuznetsovun məsələyə verdiyi şərhdən də bunu asanca görmək olar.
Vesti.az portalına müsahibəsində politoloq deyib: “Dünya mətbuatına diqqət edin, orada ”soyqırımın" 100 illiyi ilə bağlı hansısa kampaniyanın getdiyinin bir işartısını görə bilərsinizmi? Bu gün İŞİD-in törətdikləri, İraq, Suriya və Liviyada yaşananlar, Ukrayna olayları öz miqyasına, qəddarlığı və antiinsani xarakterinə görə Osmanlı İmperiyasında arxa cəbhədə erməni qiyamını önləmək üçün onları ölkənin içərilərinə köçürmək məqsədi güdən deportasiya ilə bağlı hərbi-polis əməliyyatları ilə heç bir müqayisəyə gəlmir. Müasir dövrdə dünya KİV-ləri öz reytinqlərini qorumaq üçün tamamən başqa mövzulara kökləniblər... Baş verənlər fonunda ermənilərin 100 il öncəki faciəsi heç kimə maraqlı deyil".

Analitikin fikrincə, Rusiyanın siyasi rəhbərliyi məntiqlə 24 apreldə təntənəli Çanaqqala törəninə qatılmalıdır, nəinki “soyqırım” yubileyinə: “Ən azı ona görə ki, bu döyüşlərdə 2 min rus əsgəri də qəhrəmancasına həlak olub. Məlumdur ki, ”erməni soyqırımında" Rusiya ordusunun hər hansı iştirakı olmayıb. Odur ki, İrəvana getməyin hər hansı mənasını görmürəm. Şübhəsiz, Vladimir Putin qəliz siyasi seçim qarşısında qoyulub. Çünki Ermənistan onun strateji hərbi-siyasi müttəfiqi, Türkiyə isə regionda ən böyük iqtisadi tərəfdaşıdır. Onların isə bir-biri ilə konfrontasiya vəziyyətindədir. Düşünürəm ki, prezident hər iki tərəfdən bərabər uzaqlıqlı mövqe sərgiləyəcək. Hərçənd Putinin bir daha Türkiyəyə getməklə Qərbin sanksiyalarının səmərəsiz olduğunu nümayiş etdirməsi daha cəzbedici görünür..."(musavat.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar