Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin girovları qaytarmağa hazır olması xəbəri yalan çıxdı


Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi erməni saytlarının yalanını ifşa etdi


Xankəndində Ermənistan müdafiə nazirinin müavini ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin rəhbəri arasında keçirilən görüşün yeni təfərrüatları bəlli olub.

Komitədən ans press-ə verilən məlumata görə, ermənilərin girovları qaytarmağa hazır olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə əlaqədar Dövlət Komissiyasının əməkdaşları da bildirirlər ki, ermənilər öz qeyri-konstruktiv mövqelərindən əl çəkmək niyyətində deyillər.

Qeyd edək ki, bir sıra erməni saytlarında məlumat yayılmışdı ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin rəhbəri Tomas Xaye arasında görüş keçirilib. İddia edilmişdi ki, guya görüşdə Ermənistan nümayəndə heyəti bəyan edib ki, Ermənistan tərəfi əsir və girovların qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə neytral zonada görüşərək istənilən formatda görüşlər keçirməyə və azərbaycanlı girovları qaytarmağa hazırdır.

Erməni əsirliyində ölmüş Fərhad Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında yerləşdirilən məlumatda görə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil etmişdir. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. 

Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). 

Əsir, itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınıb. 

Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 347 nəfər qadın, 1072 nəfər kişidir. Eyni zamanda 207 nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın). 

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.

Onu da bildirək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. “Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar