Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin informasiya çirkabına Azərbaycan layiqli cavab verə bilirmi?

Politoloq: “XXI əsrdə dünya ictimaiyyətində düşmənlə əsaslı mübarizə aparmaq üçün informasiya müharibəsində də qalib gəlmək əsas istiqamətlərdən biridir”


“Son illər ermənilərin Rusiyada KİV – ləri ələ almalarının şahidiyik. Təəssüf ki, bizim oliqarxlarımız, iş adamlarımız  bu sahədə demək olar ki, heç bir iş görmürlər. Halbuki, xaricdə fəaliyyət göstərən diaspora təşkilatları və iş adamları düzgün strategiya quraraq informasiya savaşında üstünlük əldə etməyimiz üçün yaxından iştirak edə bilərlər”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov PİA.AZ-a Azərbaycanla Ermənistan arasındakı informasiya savaşını dəyərləndirərkən deyib.

Məlumdur ki, Azərbaycanla Ermənistan arasındakı dörd günlük müharibə siyasi uğur naminə mediada da informasiya savaşının vacibliyini bir daha sübut etdi. Belə ki,  Ermənistan tərəfi seperatçı əməllərini  bir həqiqət kimi beynəlxalq aləmdə tanıtmaq üçün informasiya savaşında da “işğalçı”lıq etməkdən əl çəkmirlər. Bəs görəsən dörd günlük müharibədən sonra AzərbaycanErmənistan arasındakı informasiya savaşı hansı səviyyədədir? Hesab etmək olarmı ki, Azərbaycan əvvəlki zamanlardan fərqli olaraq, Ermənistana qarşı daha təşkilatlanmış şəkildə informasiya savaşı aparır? Eyni zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın sözdə ombudsmanı beynəlxalq təşkilatlara guya “Azərbaycan əsgərlərinin vəhşiliyi” ilə bağlı hansısa sənəd təqdim edib. Paralel olaraq, son bir ay müddətində ermənilər və erməni diasporuna yaxınlığı ilə tanınan mətbu orqanlar inanılmaz şəkildə Xədicə İsmayılovanın müdafiəsinə qalxıblar. Ermənilərin bu tipli informasiya çirkabına qarşı Azərbaycan layiqli cavab verə bilirmi?

 Bu mövzu ilə bağlı PİA.AZ Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov fikirlərini öyrənib. 


Zaur Məmmədov: “Hər bir dövlətin informasiya məkanını istiqamətləndirən onun hakimiyyətidir. Deməli, informasiya müharibəsində qalib gəlmək üçün ayrı – ayrı ölkələrin siyasi elitaları ilə vacib işlər görmək lazımdır”.


Azərbaycana qarşı mənfi münasibət sərgiləyən  mətbu orqanlara qarşı diaspora təşkilatlarımızın ciddi işlər görməsinin vacibliyini vurğulayan  politoloq Zaur Məmmədovun fikrincə, informasiya müharibəsində qalib gəlmək üçün ayrı – ayrı ölkələrin siyasi elitaları ilə sıx əməkdaşlıq zəruridir:

Azərbaycan mediası bir çox məqamlarda - peşakarlıq, informasiyanın xarici dildə çatdırılması, paylaşılması, nüfuzlu agentliklərə ötürülməsi - kimi məsələlərdə xeyli geri qalırdı. İndi demək olar ki, bu müharibədə hər iki tərəf eynidir. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha asan və tez əldə edilən informasiya dövlətin və cəmiyyətin özünü ifadə etməsi baxımından ideal vasitə hesab olunur. Qarşı tərəf üzərində üstünlük informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunur.

İnformasiya müharibəsi insanların şüurları uğrunda aparılan bir müharibədir. Burada silah yox, qələm söz sahibidir.  Düzgün qurulmuş siyasət nəticəsində qələbə çalmaq mümkündür. İnformasiya texnologiyalarının inkişafı bu müharibənin  aparılma üsullarına və miqyasına böyük təsir göstərir.  Erməni tərəfi illərdir ki,  Qarabağın erməni torpaqları olması barədə dünya ictimaiyyətinə yanlış məlumatlar verir. Təbii ki, dünyanın bir çox media orqanlarında ermənilərə yaxın olan qruplar bu işdə onlara dəstək olurlar. İnformasiya müharibəsinə bilavasitə dövlətlər arasında olan ikitərəfli münasibətlər təsir edir.  Aprelin 1- 4 arasında cəbhədə baş verən olaylar bunu bir daha təsdiq  etdi. Hər bir dövlətin informasiya məkanını istiqamətləndirən onun hakimiyyətidir. Deməli, informasiya müharibəsində qalib gəlmək üçün ayrı – ayrı ölkələrin siyasi elitaları ilə vacib işlər görmək lazımdır. 

Cəbhə xəttində Ermənistan təxribatının qarşısını alan Azərbaycan ordusunun uğurlu əks-hücum həmlələri son bir neçə həftədə bütün ictimaiyyətin fikrini cəbhə bölgəsinə yönəltmişdir. Hamıya məlumdur ki, XXI əsrdə  dünya ictimaiyyətində düşmənlə əsaslı mübarizə aparmaq üçün informasiya müharibəsində də qalib gəlmək əsas istiqamətlərdən biridir. Cəbhədə sonuncu dəfə vəziyyətin gərginləşdiyi vaxt bir daha şahid olduq ki, xaricdə Azərbaycanı istəməyən, bu müharibədə erməni mövqeyindən çıxış edən, ölkəmiz haqqında dezinforimasiyalara, təxribat materiallarına geniş yer verən kütləvi informasiya vasitələri, Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan ermənipərəst mətbuat orqanları kifayət qədər çoxdur. 

Azərbaycana mənfi münasibətinə qarşı diaspora təşkilatlarımız ciddi işlər görməlidirlər. Ön cəbhədə gedən döyüşlərlə bərabər arxa cəbhədə informasiya müharibəsinin hadisələrin gedişatına bilavasitə təsiri var. İndiki vəziyyətdə daha çox Rusiyada və digər böyük dövlətlərdə ermənipərəst ictimaiyyət nümayəndələrinin Azərbaycana mənfi münasibətinə qarşı diaspora təşkilatlarımız daha da hazırlıqlı olmalıdırlar. Lakin unutmaq olmaz ki, informasiya müharibəsində xarici ölkələrdə yaşayan  sadə həmyerlilərimizin də apardığı təbliğat  az əhəmiyyətli deyil. Dost qrupları, iş yoldaşları, qonşular arasında biz azərbaycanlılar daima örnək davranışlarımızla millətimizin adını uca etməliyik.

Zaur Məmmədov: “Gələcəkdə informasiya müharibəsində qələbə çalmaq üşün peşəkar jurnalistlərə, media holdinqlərə ehtiyacımız var”.


Həmçinin erməni tərəfin “Azərbaycan əsgərlərinin vəhşiliyi” adı altında təqdim etdiyi sənədə münasibət bildirən politoloq Zaur Məmmədov hesab edir ki, bu cür böhtanlı informasiyaların həqiqətə uyğun olmadığını ifşa etmək üçün xarici dövlətlərdə yaşayan insanlarımız da müəyyən maarrifləndirici  fəaliyyətlə məşğul olmalıdırlar:

“Guya bizim əsgərlərimizin erməni əsgərləri üzərində vəhşiliklər etdikləri  iddialarına gəldikdə isə, bununla da onlar dünya ictimaiyyətində Azərbaycana qarşı mənfi imic formalaşdırmaq istəyirlər. Bunu təsdiq edəcək heç bir ciddi sübut onlarda yoxdur. Əsas məqsədləri diqqəti danışıqlar prosesindən yayındıraraq münaqişənin mövcud status – kvoda saxlanılmasıdır. Erməni tərəfinin yalanları, böhtanları illərdir ki, davam edir. Gələcəkdə informasiya müharibəsində qələbə çalmaq üşün peşəkar jurnalistlərə, media holdinqlərə ehtiyacımız var. Operativlilik olduqca vacibdir. 

Xarici ölkə medialarına təsir etmək üçün isə orada yaşayan biznesmenlərimizin yardımlarına ehtiyacımız var. Hər bir xaricdə yaşayan azərbaycanlı öz ətrafında güclü informasiya məkanı formalaşdırmalıdır. Son illər ermənilərin Rusiyada KİV – ləri ələ almalarının şahidiyik. Təəssüf ki, bizim oliqarxlarımız, iş adamlarımız  bu sahədə demək olar ki, heç bir iş görmürlər. Halbuki, xaricdə fəaliyyət göstərən diaspora təşkilatları və iş adamları düzgün strategiya quraraq informasiya savaşında üstünlük əldə etməyimiz üçün yaxından iştirak edə bilərlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar