Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin mülki əhaliyə vurduğu ziyan sənədləşdirilir


Ermənistan beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq qoşunların təmas xətti boyunca yaşayan mülki əhalini intensiv şəkildə hədəfə alır. İşğalçı ölkə aprelin 2-dən etibarən təcavüzkar əməllərini davam etdirir


Aprelin 5-dən ErmənistanAzərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri səviyyəsində atəşkəs haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistan yenə də təxribatçı əməllərini davam etdirib.

Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aprelin 29-da cəbhəboyu zonaya səfər edən yerli və xarici jurnalistlərə müsahibəsində deyib.

H.Hacıyev bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən ağır texnikalardan istifadə olunaraq kəndlərin, yaşayış sahələrinin bilərəkdən intensiv şəkildə şiddətli atəşə tutulması davam etdirilib. Biz Ermənistanın belə hərəkətlərini kəskin şəkildə qınayırıq. Mülki əhaliyə dəymiş zərər və itkilər Xarici İşlər Nazirliyi və digər dövlət qurumlar tərəfindən sənədləşdirilir.

Qeyd olunub ki, Ermənistanın Cenevrə Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə kobud şəkildə pozması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükədir.

“Bu gün Ermənistanın rəhbərliyi də təcavüzkar siyasət yürüdür. Ermənistanın dövlət başçısı danışıqlar prosesindən imtina etdiyini bildirir. Bu, onun danışıqlar prosesinə məhəl qoymamasının göstəricisidir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə son qoyulması üçün təsirli addımlar atsın. Ermənistan sülhə məcbur edilməlidir. Azərbaycan bir daha bəyan edir ki, hərtərəfli nəticə yönümlü danışıqlar prosesinə hazırdır. Azərbaycan bu problemin həllini ilk növbədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür. Həmin qətnamələrə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə Hikmət Hacıyev bildirib. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar