Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin növbəti hiyləsi


İrəvan Saakyanın dili ilə həmsədr ölkələrin prezidentlərini Dağlıq Qarabağa çağırtdırdı


Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçıları - ABŞ prezidenti Barak Obamanı, Rusiya prezidenti Vladimir Putini və Fransanın dövlət başçısı Fransua Ollandı Azərbaycanın bu bölgəsinə səfərə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Saakyan “Amerikanın Səsi”nə müsahibəsində deyib:

“Bizim fikrimizcə, bir ölkənin taleyi ilə məşğul olan həmsədr dövlətlərin rəhbərləri bu ölkənin xalqı ilə birbaşa ünsiyyətdə olmadan ciddi uğurlar əldə edə bilməzlər. Biz bu gün hesab edirik ki, beynəlxalq ictimaiyyətin reallaşdırdığı cəmiyyətlə işində ən böyük çatışmazlığı məhz budur”.
Saakyanın bu bəyanatından sonar Fransanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Fransanın bəzi şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib ki, bəzi yerli özünüidarəetmə orqanlarının təşəbbüsləri Parisin  mövqeyini heç cür dəyişmir.

O bildirib ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, münaqişənin siyasi və diplomatik həlli yolunu tapmağa tamamilə sadiqdir: “Minsk Qrupu çərçivəsində və danışıqlara yeni təkan vermək üçün Fransa prezidenti may ayında Bakıya və İrəvana etdiyi səfəri zamanı öz erməni və azərbaycanlı həmkarlarına münaqişənin həlli yollarını müzakirə etmək üçün bu payız Parisdə bir araya gəlmələrini təklif etmişdi”.

Ekspertlər Saakyanın bu çağırışını prezidentlərin Paris görüşü ərəfəsində Ermənistanın yeni hiyləei hesab edirlər. Onların fikirincə, İrəvan bu sərsəm çağırışı “DQR prezidenti”nin dili ilə səsləndirməklə, Paris görüşü ərəfəsində Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəfin də olması fikrini növbəti gündəmə gətirmək cəhdi güdür. Ancaq Saakyanın bu çağırışı rəsmi çağırış kimi qəbul edilməyəcək və bunun  Qarabağ məsələsi ilə bağlı gedən prosesə heç bir təsiri olmayacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar