Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin qətlə yetirdiyi Türk diplomatların siyahısı


XX əsrin əvvəllərində ermənilər tərəfindən həyata keçirilən “Nemezis” planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun mühüm simaları qətlə yetirildi


Hücumları həyata keçirən terrorçulardan bəziləri yaxalansa da, sonradan müxtəlif adlar altında azadlığa çıxarıldılar.
 
Dünyaya özlərinin soyqırıma məruz qaldığını bəyan edən ermənilər 1973-cü ildən etibarən yenidən Türkiyə diplomatlarını hədəfə almağa başladılar. Bu dəfə ermənilərin rəhbərliyini ASALA (Erməni gizli ordusu), “Erməni Soyqırımı Ədalət Komandoları”, “Erməni İnqilab Ordusu” terror təşkilatları ələ aldı. Hücumlar zamanı onlarla diplomat öldürüldü, amma terrorçuların çoxu yenə də cəzasız qaldı.
 
Axar.az erməni terror təşkilatlarının hücumuna məruz qalan türk diplomatların tam siyahısını təqdim edir:
 
1. 27 yanvar 1973-cü il – Türkiyən Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni Qurgen Yanikiyan tərəfindən öldürülüb. Bundan sonra o tutulub və ömürlük həbs cəzasına məhkum edilib. Yanikiyan 1984-cü ildə əfv edilərək azadlığa çıxıb.
 
2. 22 oktyabr 1975-ci il – Türkiyənin Avstriyadakı səfiri Daniş Tunalıgil üç erməni terrorçusunun hücumu zamanı qətlə yetirilib.
 
3. 20 fevral 1975-ci il – Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atılıb. Hadisə yerində qoyulan məktubda bundan sonra Türkiyə, İranABŞ-ın hədəf alınacağı bildirilib.
 
4. 24 oktyabr 1975-ci il – Türkiyənin Fransadakı səfiri İsmail Erez və sürücüsü Talip Yener öldürülüb. Hər iki şəxs səfirlik yaxınlığında avtomobilin gülləyə tutulması zamanı qətlə yetirilib.
 
5. 16 fevral 1976-ci il – Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit erməni terror təşkilatı ASALA tərəfindən güllələnib. Bu, ASALA-nın ilk dəfə hadisəyə görə məsuliyyəti üzərinə götürdüyü tarix idi.
 
6. 9 iyun 1977-ci il – Türkiyənin Vatikandakı səfiri Taha Carım öldürülüb. Qətlə görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandosları üzərinə götürüb.
 
7. 2 iyun 1978-ci il – Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralp avtomobilinin gülləbaran edilməsi ilə öldürülüb. Hücum zamanı həmçinin səfirin qızı Necla Kuneralp, təqaüddə olan səfir Bəşir Balcıoğlu və sürücü Antonio Torres də qətlə yetirilib. Hücuma görə məsuliyyəti üzərinə yenidən Erməni Soyqırımı Ədalət Komandosları götürüb.
 
8. 12 oktyabr 1979-cu il – Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benler öldürülüb. Hücuma görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandosları və ASALA üzərinə götürüb.
 
9. 22 dekabr 1979-cu il – Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpan öldürülüb. Hadisədən sonra xəbər agentliklərinə naməlum bir şəxs hadisəyə görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandoslarının daşıdığını bildirib.
 
10. 31 iyul 1980-ci il – Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmen 14 yaşlı qızı Neslihan Özmenlə birgə öldürülüb. Hücum zamanı həmçinin diplomatın həyat yoldaşı Sevil Özmen və oğlu Kaan Özmen ağır yaralanıb. Hücuma görə məsuliyyəti ASALA üzərinə götürüb.
 
11. 17 dekabr 1980-ci il – Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever öldürülüb.
 
12. 6 fevral 1980-ci il – Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə hücum edilib. Səfir sağ qalıb.
 
13. 17 aprel 1980-ci il – Türkiyənin Vatikandakı səfiri Vecdi Türelin avtomobili atəşə tutulub. Səfir ağır yaralanıb.
 
14. 26 sentyabr 1980-ci il – Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı silahlı hücum zamanı yaralanıb.
 
15. 4 mart 1981-ci il – Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı öldürülüb. Məsuliyyəti üzərinə ASALA götürüb. Bundan sonra Ankara Fransaya etiraz notası verib.
 
16. 9 iyun 1981-ci il – Türkiyənin İsveçrədəki Baş Konsulluğunun katibi Mehmet Savaş Yergüz öldürülüb. Məsuliyyəti ASALA üzərinə götürüb. Hücumdan sonra ələ keçirilən Livan əsilli erməni Mardiros Camqozyan 15 il həbsə məhkum edilib.
 
17. 24 sentyabr 1981-ci il – Türkiyənin Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirilərək, 56 diplomat əsir alınıb. Müqavimət göstərmək istəyən mühafizəçi Cemal Özen öldürülüb, Baş konsul Kaya İnal isə yaralanıb. Konsulluğu ələ keçirən terrorçular Türkiyədəki 12 siyasi məhbusun Parisə gətirilməsini istəyiblər. İstəklərinin qəbul edilməyəcəyini anladıqdan sonra terrorçular polisə təslim olublar. Səfirliyə hücum edən 4 terrorçu – Vazgen Sakosesliyan, Gevork Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Akop Abraham Turfanyana 1984-cü ildə 7 il həbs cəzası verilib. Hücuma görə məsuliyyəti üzərinə yenidən ASALA götürüb.
 
18. 2 aprel 1981-ci il – Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demirə silahlı hücum edilib və o yaralanıb.
 
19. 25 oktyabr 1981-ci il – Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum zamanı yaralanıb.
 
20. 28 yanvar 1982-ci il – Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kemal Arıkan öldürülüb. Arıkanın qatili olan daşnak Hampiq Sasunyan ömürlük həbs cəzasına məhkum edilib.
 
21. 5 may 1982-ci il – Türkiyənin Bostondakı Baş konsulu Orhan Gündüz öldürülüb.
 
22. 7 iyun 1982-ci il – Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öldürülüb.
 
23. 27 avqust 1982-ci il – Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi öldürülüb.
 
24. 9 sentyabr 1982-ci il – Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan öldürülüb.
 
25. 8 aprel 1982-ci il – Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör yaralanıb.
 
26. 21 iyul 1982-ci il – Türkiyənin Hollandiyadakı Baş konsulu Kemal Demirer ona qarşı təşkil edilən hücumdan salamat qurtulub.
 
27. 9 mart 1983-cü il – Türkiyənin Yuqoslaviyadakı səfiri Galip Balkar öldürülüb. Hücumu həyata keçirən Kirkor Levonyan və Raffi Aleksandr 20 il həbs cəzasına məhkum edilib.
 
28. 14 iyul 1983-cü il – Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülüb.
 
29. 27 iyul 1983-cü il – Türkiyənin Portuqalliyadakı səfirliyi ələ keçirilib. Hücum zamanı səfirlik məsləhətçisi Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirilib. Səfirliyi tutan 5 terrorçu Portuqaliya polisi tərəfindən öldürülüb. Məsuliyyəti üzərinə götürən Erməni İnqilab Ordusu sonradan Portuqaliya Baş naziri Mario Suarezi ölümlə təhdid edib.
 
30. 28 aprel 1984-cü il – Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı iş adamı İşık Yöndər ASALA tərəfindən öldürülüb.
 
31. 20 iyun 1984-cü il – Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özen partladılaraq öldürülüb. Hücuma görə məsuliyyəti üzərinə Erməni İnqilab Ordusu götürüb.
 
32. 19 noyabr 1984-cü il – Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergun Avstriyada öldürülüb. Məsuliyyəti üzərinə Erməni İnqilab Ordusu götürüb.
 
33. 28 mart 1984-cü il – Türkiyənin İrandakı səfirliyinin Baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu ağır yaralanıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar