Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin siyahısındakı tanınmış azərbaycanlılar


Onların arasında İsa Qəmbər, Sərdar Cəlaloğlu, İsgəndər Həmidov və Flora Kərimova da var; Akif Nağı onlara mühafizəçi ayrılmasına ehtiyac görür...


"Xocalı işğal olunan zaman mən də cəbhəyə getmək üçün könüllü müraciət etmişdim." 

"Ermənilər orda bizimkilərin siyahısını tuturdular ki, ilk olaraq kimləri öldürsünlər. Həmin siyahıda mənim də adım vardı. Bununla fəxr edirdim." 

PİA.AZ bildirir ki, bu sözləri axar.az-a müsahibəsində xalq artisti Flora Kərimova deyib. Sənətçi söyləyib ki, atılan addımlarda pozitivə göz yumub, hər şeyi pisləmək vərdişindən can qurtarmalıyıq: “Müxalifətin və iqtidarın bir vətəni var. Heç birimizin Azərbaycanımızı maraqlara bölməyə haqqımız, ixtiyarımız yoxdur”.

Ermənilərin ölümü siyahısında olan azərbaycanlı təkcə Flora Kərimova deyil ki. Bu sırada dünya şöhrətli mərhum alim Ziya Bünyadov, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, sabiq daxili işlər naziri İsgəndər Həmidov, zabitimiz Ramil Səfərov da var. 

Eyni zamanda ASALA terror təşkilatından Azərbaycanın Macarıstanda və bir sıra digər ölkələrdəki səfirliklərinə daxil olmuş məktubun mətnində diplomatlarımız - Rəşad Səfərov, Eldar Əliyev, Anar İmanov, Lalə Səfərova, Hüseyn Cəfərov, Vüqar Əliyev və Gülnarə Məmmədovanın adı yer alıb.

Ümumiyyətlə, uzun illərdir dünyaya kök atmış erməni terror təşkilatları Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, ötən əsrin 70-80-ci illərində isə türk diplomatlarına qarşı amansız terror aktları həyata keçiriblər. Həmçinin, 1994-cü ilin martında Bakı metrosunda ermənilərin törətdiyi terror nəticəsində böyük faciələr yaşanıb. 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, dövlət səviyyəsində bu siyahıda olan azərbaycanlıların mühafizəsi təşkil olunmalıdır. QAT sədri bu şəxslərin diqqət mərkəzində olmasını vacib sayır: 

“Dünya nümunəsində belə hallar var. Bu adamlar təhlükə altındadır və tutduqları vəzifədən asılı olmayaraq onların təhlükəsizliyi təmin etməlidir. Bunun üçün dövlət proqramı olmalı, mühafizəçilər ayrılmalıdır. Bu, elə böyük maliyyə də tələb etmir”. 
A.Nağı özünün mühafizəyə ehtiyacı olmadığını bildirdi: “Ermənilərin öz qara siyahısı var və açıqlanmayan həmin siyahını kimsə bilmir. Ola bilsin ki, bizim də adımız orada keçir. Ancaq bu yola çıxmışıqsa çəkinməyə ehtiyac yoxdur. Sadəcə, işimizi ehtiyatlı tutmalıyıq. Hər şeyi göz altına almışıq və nədənsə özümüzü sığortalamağa lüzum yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar