Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin vurduğu 17 yaşlı gənc helikopterlə Bakıya gətirildi- Yenilənib


Ermənilərin atəşkəsi pozması nəticəsində yaralnmış Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Fərid Məmmədov əməliyyat olunmaq üçün Bakıya gətirilib


Səhiyyə naziri Oqtay Şirəliyevin təlimatı ilə F.Məmmədov xüsusi ambulans helikopterlə Bakıya gətirilib. 

O, 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunacaq.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Yerli sakinlərin verdikləri mlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub. Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.

Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini - 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxananın baş həkinin müavini Səyyad Yusifov isə bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub.

“Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb” - baş həkimin müavini deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun verdiyi məlumata görə, Bakıdan mobil tibbi briqada Tovuza yola düşüb.

“Mütəxəssislər xəstələrə baxacaqlar. Ehtiyac olsa, onlar Bakıya aparılacaq. Tərəfimizdən hər iki xəstəyə lazımi bütün tibbi müdaxilələr edilib” - deyə P.Muradov bildirib.

“İki saatdan artıqdır ki, ermənilər kəndimizi iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutur. 2 yaralımız varr”.

Musavat.com saytı bu həyəcanlı xəbəri bir neçə dəqiqə əvvəl Tovuzun Əlibəyli kəndindən aldıqlarını yazır.

Kənd sakinlərindən birinin veridyi məlumata görə, digər yaralının da vəziyyəti ağırdır. Düşmənin fasiləsiz atəşi nəticəsində 10-a yaxın ev yararsız hala düşüb.

Kənd sakini deyib ki, düşmənin mövqeyi Əlibəylini atəş altında saxlamaq üçün əlverişlidir: “Bizim mövqelərimizdən onların kəndlərini adekvat şəkildə atəş altında saxlamaq olmur. Bundan istifadə edirlər.  Camaatın mal-heyvanı küçələrdə qalıb. Hər kəsə atəş açırlar”.

Kənd sakini deyib ki, ordumuz düşmənə cavab verir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun ANS-ə verdiyi məlumata görə, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır.

"Güllə onun boyun nahiyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir"  - deyə baş həkim bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar