Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Qarabağa görə nonsens durumda


İşğalçı ölkə Rusiyaya yaxınlaşdıqca onun problemi öz xeyrinə həll etmək imkanları artmaq əvəzinə azalır; altdan-altdan Qərblə münasibətləri düzəldəcəyi barədə anonslar edən İrəvan özünə yeni arbitr axtarışındadır...


MDB-nin Minsk sammitimdə Ermənistan rəsmən Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü oldu. Əslində Birliyə daxil olan digər 3 ölkə ilə heç bir quru, dəniz əlaqəsi, bütövlükdə isə iqtisadi dəyəri olmayan işğalçı ölkənin yeni təşkilata qoşulması heç nəyi dəyişmir. Sadəcə olaraq Moskva “mən harda, satellitlərim də orda” məntiqi ilə hərəkət etdiyindən İrəvanın AİB-dən imtina eləməsi heç vaxt mümkün deyildi. 

Beləcə, Ermənistan daha möhkəm boyunduruqla öz ağasına bağlanmış oldu. İndi o, Rusiyanın ovucunun içindədir. Bir sıra analitiklər bu səbəbdən Kremlin bundan sonra Ermənistanla “xırda pul” kimi daha rahat davranacağını proqnoz edirlər. Söhbət təbii ki, Azərbaycanı tovlayıb AİB-ə qoşmaq üçün ermənilərin “xidmətlərindən”, ənənəvi “erməni kartı”ndan gedir.

Əlbəttə ki, Azərbaycanı şirnikləndirməkdən ötrü Rusiyanın Ermənistanı işğal elədiyi bir neçə rayonu boşaltdırmanı nəzərdə tuturuq. İndi bu iş Moskva üçün qat-qat asan reallaşa bilər, nədən ki, təcavüzkar ölkə qeyd edildiyi kimi, öz “müstəqilliyi” tarixində heç vaxt olmadığı qədər Rusiyadan siyasi-hərbi asılılıqdadır.

Bu mənada əslinə qalsa, Ermənistan Putinin Avrasiya layihələrinə qoşulmaqla, Kremlə daha da yaxınlaşmaqla Qarabağ və təhlükəsizlik məsələlərində yeni və xüsusi bir üstünlük əldə eləməyib. Əksinə, Azərbaycanla bağlı Kremlin daha sərt təzyiq ehtimalı ilə üzləşib. Artıq vurğulandığı kimi, Ermənistanın Azərbaycan qədər Rusiya, AİB-dən ötrü elə bir mühüm iqtisadi dəyəri yoxdur ki, ondan istifadə edib Moskvanın təzyiqlərinə müqavimət göstərsin. 

***
Bununla belə, bəzi təxminlərə görə, Sərkisyan daxildə ciddi etirazlarla üzləşməmək və öz hakimiyyətini qorumaq üçün müəyyən mənada Putinin “üzünə ağ olmaq” zorunda qala bilər. 

“Serj Sərkisyan Putini qıcıqlandırır. Bizim Moskvadakı qaynaqlarımız deyir ki, Sərkisyanın qeyri-sabitliyi Rusiya prezidentini qıcıqlandırır”. Bunu xarici siyasət, təhlükəsizlik və beynəlxalq əlaqələr sahəsində tanınmış amerikalı ekspert Ariel Koen deyib. Onun sözlərinə görə, Putinə Ukrayna konfliktini Qarabağ nizamlanması ilə kompensasiya eləmək lazımdır: “Başlanğıc üçün vacibdir ki, Azərbaycan qərbyönlü mövqeyindən uzaqlaşdın. Bundan ötrü isə vacibdir ki, Ermənistan işğal altındakı bir neçə rayonu qaytarsın və sonra isə məsələnin real həllinə yaxınlaşsın. Strateji hədəf - Azərbaycanın AİB-ə qoşulmasıdır. Bunun üçünsə Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytarmalıdır. Əks təqdirdə Bakı siyasi oriyentasiyasını Moskvaya dəyişməyəcək. Sərkisyan və onun Qarabağ klanı isə bu ssenari önündə maneə kimi görülür”. 

Politoloqun dediyinə görə, Putin bu məsələni Sərkisyanla müzakirə edib, lakin sonuncunun güzəştsizliyi onu güclü şəkildə qıcıqlandırır.

***
Proseslərin hara apardığını və Rusiya tərəfdən təzyiqlərin artacağını anlayan rəsmi İrəvan isə altdan-altdan Qərbdən “istinadgah” tapmağa çalışır. Məsələn, bu arada bəlli olub ki, Avropa Parlamentində ermənipərəst “Dağlıq Qarabağ qrupu” fəaliyyətə başlayıb. 

Xəbərdə deyilir ki, oktyabrın 15-də Avropa Parlamentində fəaliyyətdə olan “Ermənistanın Avropadakı dostları” tərəfindən “Dağlıq Qarabağ qrupu”nun təqdimatı olub. Bu qrup Avropa dəyərlərinin Qarabağ ərazisində yayılmasına yardım edəcək. Ərazidə vətəndaş cəmiyyətinin və demokratiyanın inkişafına təkan verəcək. 

Agentlik bildirir ki, bəzi deputatlar elan olunmuş qrupa daxil olmağa hazır olduqlarını bəyan ediblər. Bu qrupa isə Avropa Demokratlar Partiyasından Frank Enqel rəhbərlik edir. Qrup Avropanın siyasi mərkəzləri ilə Dağlıq Qarabağ arasında əlaqələri gücləndirməyə səy edəcək. Qeyri-rəsmi şəkildə isə qrup Dağlıq Qarabağın müxtəlif səviyyəli tədbirlərdə iştirakına yardım etmək fikrindədir. 

Avropa Parlamentində elə düşünürlər ki, qrup Avropanı təmsil edən məmurların Dağlıq Qarabağa səfərlərin təşkil edəcək. Bundan başqa bu qrupun Minsk Qrupunun işinə yardım edəcəyi vurğulanır. Qrupun rəhbəri Frank Enqel bildirib ki, “çoxlarının xəbərsiz olmasına baxmayaraq, Dağlıq Qarabağ demokratik respublikadır”. 

Beləcə, aydın olur ki, Ermənistanın Avropadakı “dostları” bu hərəkətləri ilə Azərbaycana düşmənçilik etmiş olurlar. Yəqin ki, rəsmi Bakı bu olaya münasibət bildirəcək.

***
Xatırladaq ki, Avropa Parlamenti Qarabağla bağlı olduqca ədalətli, Ermənistanı işğal elədiyi Azərbaycan torpaqlarından dərhal çıxmağa çalışan qətnamə qəbul edib. Təəssüf ki, digər mötəbər beynəlxalq təşkilatların analoji sənədləri kimi bu qətnamə də yerinə yetirilməmiş qalır. Bunun bir səbəbi də ermənilərin xaricdəki lobbi təşkilatlarıdır. Rəsmi Bakı bu sahədə tilsimi tezliklə qırıb vəziyyəti öz xeyrinə dəyişməsə, Qarabağın Fələstin məsələsinə çevriləcəyi ehtimalı güclənə bilər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar