Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan əsgərlərin müalicəsindən imtina edir


Ermənistan Müdafiə Nazirliyi 2009-cu ildə orduda xəstələnən və demək olar ki, kor olan 26 yaşlı Razmik Yolçuyanın müalicəsi üçün maliyyə yardımı göstərməkdən imtina edib


Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, şikayətçi məsələni şəxsən çatdırmaq məqsədilə Ermənistan müdafiə naziri Vigen Sarkisyanla görüşmək üçün müraciət etsə də, onun görüşünə icazə verilməyib. Yolçuyanın sözlərinə görə, hərbi xidmətə çağırışa qədər onun sağlamlıqla bağlı problemləri olmayıb. Razmik hərbi hissədə xidmətə başladıqdan 3 ay sonra suçiçəyi tutub və müalicə alıb.

Lakin, aylar sonra onun sol gözü şişməyə başlayıb, görmə qabiliyyəti tədricən pisləşib və 4 ay tez təxris edilib. İndi Razmikin bir gözü bütövlükdə kordur, digər gözünün görmə qabiliyyəti isə 2 faizdir. Gözlərinin bir neçə dəfə əməliyyat edilməsinə baxmayaraq, hazırda onun görmə qabiliyyəti pisləşməyə davam edir. Həkimlər dərhal hər hansı bir addım atılmasa onun gözlərinin təmamilə kor olacağını bildirir və onun müalicə üçün xaricə göndərilməsini məsləhət görürlər.

Ermənistan müdafiə nazirliyi isə, nəinki onun xaricdə müalicəsi üçün maliyyə ayırmaqdan, həmçinin faktiki olaraq orduda xidmətə görə, görmə qabiliyyətini itirən keçmiş əsgərdən imtina edir.

Qeyd edək ki, bundan öncə Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində yaralanan əsgərlərin müalicəsi üçün maddi yardım göstərməkdən boyun qaçırıb. Bütün bunlar erməni ordusunda qanunsuzluqları göstərən çoxsaylı faktların cüzi bir hissəsidir. Baş verən hadisələrin fonunda Ermənistanda əsgərlikdən yayınma halları getdikcə artır. Xüsusəndə ailələr övladlarının hərbi xidmətdən yayındırmaq üçün müəyyən üsullardan istifadə edirlər. Bunlardan ən başlıcası isə müəyyən məbləğ ödəyərək əsgərlikdən yayındırmaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar