Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan həm Avrasiya İqtisadi İtiffaqı, həm də “Şərq Tərəfdaşlığı”ında... - Bu necə olur?


Politoloq: “Həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa Birliyində Azad Ticarət Zonaları nəzərdə tutulur və Ermənistanın hər iki ittifaqda eyni səlahiyətlərlə iştirak etməsi mümkünsüzdür”


Ermənistan Avropa Birliyi ilə əlaqələrində Rusiya tərəfindən cızılmış dairə çərçivəsində elə addımlar atacaq ki, bu addımın Avropa Birliyini qane edib-etməməsi “Şərq Tərəfdaşlığı” sammitində bəlli olacaq”.  

Bu sözləri politoloq Natiq Miri noyabrın 24-də Avropa İttifaqı və Ermənistan arasında imzalanacağı gözlənilən sazişin mahiyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Avropa Parlamenti noyabrın 15-də keçirilən iclasında Aİ-nin Şərq qonşuları ilə münasibətlərinə yeni dinamika verməyə çağıraraq, “Şərq tərəfdaşlığı” sammiti üçün tövsiyələr qəbul edib. Parlamentdə təmsil olunan 680 deputatdan 519-u qətnamənin lehinə, 114-ü əleyhinə səs verib.

Sammitin özü noyabrın 24-də Brüsseldə nəzərdə tutulub. Zirvə görüşündə Aİ-nin və “Şərq tərəfdaşlığı“ Proqramının üzvü olan 6 ölkənin – Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın rəhbərləri bir araya gələcək. İkinci məqam noyabrın 24-də imzalanacağı gözlənilən Avropa İttifaqı və Ermənistan arasında yeni sazişdən ibarətdir ki, bu  sazişin Sarkisyan tərəfindən imzalanacağı gözlənilir. Məlumdur ki, Ermənistan həmçinin Avrasiya İqtisadi İttifaqının üzvüdür və həmçinin Rusiyanın Cənubi Qafqazda əsas hərbi-strateji müttəfiqi olaraq bilinir. Bilirik ki, Avrasiya İqtisadi İttifaqının Avropa Birliyi ilə strateji əməkdaşlığı mümkün deyil. 

Bu halda Ermənistanın iki kürsüdə oturmaq istəməsi hansı nəticələrə gətirib çıxara bilər? “Şərq tərəfdaşlığı” sazişi Ermənistan tərəfindən imzalanarsa, bu addım Kremlin Ermənistanı cəzalandırmasına səbəb ola bilərmi? Əgər Ermənistan Şərq Tərəfdaşlığına daxil olarsa, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib. 

ADPnUcnAbT13jgt8nrpCUe85Tsr2rXFnw3GSqBcDXK3W06sXEgYrEWgubx7QN+ekxuIY6nRRqlRgtNBdieUyxKw75ccwFCgD8LF6jeZXQfcyjD7S957tmTCrlXbxG/ERr+EbCV5icdUqOXqMWY82JJkTDWCRARJjR49oQwjkRwI8oiMJTGqrBpmFG8srue474dY4Zj8Nf4k8qot9xp8pWxEycBi2pVFddGRldT0KkH9JYPUHEuCUcVTtUHxAaNzH+kr3jPZathmJFynJh08533ZjioxGGp1gdKihj5N+Ye83mUEWOo6eU51mO87sqk0xzjSKrxc7WJPqJ3XarsxSymojLTPRvw3/AEnM4Th+Fw+WpWrrUzNolGxFhvduQHUzP4PRPb6ZnB+yJrIK+KJtYlaY6DmTKs7dU1GNrKihVUhQBysJ6Aw3HcNiqV8PUUhRYrsyi3NZ577YNfG1z/7rj20mkzJHl1q6rnRpDBiqLGEINYcjBktoDExrQrRpRPw7FmjWp1QdUYH5ag/Qn3l9rUzqp5EXHzE89usursli/FwdNr/kynyIMlG5y3EYGA50EAMfKQdIp1lOd8GNVsalMG5pUrHyZjf7AS4b6jqNZ567b0qq8QreIDc1HIJ2KXIW3laBpojGhCdAQI9oRiMIaKPFaQRvIlW0nIg2hTiCZIsYiEXB3L8aulTCsdVPip6GwYD52Pzlr1sUtOk1RzZEUsT0A3+c8x9j+LHC4yjVB0Woob/hsQG+mvynpV8MlWllcBqbixU6gqddZ1aqo+P9qjja1jpRGoSm5p1hTOlsrHKzNp1ml4oSpcNcPlHiWUUaqrbKKSpcJU2F9L6zs+2nYBERq+FW6qc7UtT+FbDJz87TgsVVz0lGYs6Er4dTUlyNatN9OmxhFgd2PBimFbEuLNXay2vZaK7AA7C95VPaz/1uItsMRVHs5H6T0TwWiqYCii7LQT3y3+5nm3jT5sRWb+rEV296jGKrXwTpCvFIAkkECKAcYwhBcwAYyze7Fz/DProH9idTKwI2HqZ3PdlirVKlLkyhreYkqLH1Pyit5Q1NvaNeRXQAayou+miRXoOLZTTdfMkG+st8DUSi+9Wu54k6v+FFQIOQUi9/e8DkUYH1kgEgKyWm3vKgrR44ivylAxxHIgmAmEAyUQWEihEcRrRxAQNvcfrPR/d5xg4jhtE3u9MeC3XMgG/ytPOEtTuU4uKb16J2KeMOeq6NYemsqLD7W8U/hsK7GoiuUJRWbLmtvtqbX25ylMNer49Owc1MrBQpvZDmZ0vqijW/W06jtbxR6rEvlpuv8sAfzaxpOunwm6qNtd/i8pyfAHAaozMUUoyu4+J7lSBTXUXBNrnlrKLzwWNVuG06q/hOH05/hBA9dp5qxL3Zj1Zj7kmXvwPFZ+DUwLXSnWVgpuAy5rgeUoWp+piiMxjCIitIphBDawm0kdKQTCA5hyE6mVDjUzoOxeNFLGpm0D3S/Qnac+D7feOtSzg/06+lpB6BYfaNpMLhGKFSgj3BzIvvaZwIkVv1bWUR3p4nPxOoP6FSn8wtz9SZcHaXjSYPDPXe3w6Kv9VQ7D99J584nxB8RWatUPx1Czt6mX/RAgh5bwFMkVpaGzHnGduckddPSQ5oEyxjAoNykhEIQiMYGPCmjWhRQEBOi7B8R/h+IUKmwNQU281f4fuR7TnlEcuQQRoQbg9CNoRZ3eFw7+GxBRBalXW4FMeHm1BDVankxt6WnPdnsOQHqLYfC6+KQQqMVbNSprbVjsD5y0e2uCGM4ZRxCpnKU0q2vlzIwF726aH5Tiey/Dmr1CqlWYrZqhsKa09ATh1tq41BPnA6fsnw00eHEEFS61myG90vdQp6kADWUlUXU+pnprF4QU6JUD4UpMBzNlW+p5meaK+59T94VBaICOY14EOIaPTGkhZrtJxIgmMx1MKq0SWHrKC29eUa2kS9Tv8AaOJB1HYbtKaFQUqh/k1Dpf8AIx2PpLWZgdh02nn8H4vTn0necJ7aGnQRG1ZFy36gaD6WkV0HfQrfw9HfL4xv65TaVFeW5304wClRpfmeo1T+1Rb9RKmCAyhkk6iAtPzjnTn9JRIZjVLQmJO14wBHIQgKb6+cybzEF80ylgMYQiMaFPFGigPeOvKDaSjlA9Ed2WIFbhFFW1yipRI8g7AD2tG7LdmhhqtVyzH4iqLbKlKnmzEUx0Nxc87TR9yGJLYSrT/3dbN6Bx/2yxSNZEYHHTlw1U8xSqj/AJTPMFSel+1Z/wDB1R0oV2PyRp5nqHWVUcjrNYQ7zHxTcpBDS3mTIaS2hM8qI6jawlJMjsTtJ6S6ayB1SIg7DaSXjZYAAco7NDtMdr3lg7LvU4iavEWX8tFVpj1sCfqfpOXRdJNxjE+LiKlQ/nqs3uTMaSfipQIxHWCrmSDWVAWHSM0Nx7SB4DKb3kgMhQWkgkBkxoopVK8eNEIBAyVDIhDAgWV3ScUaimMyDM3gpVA1/LmF/wDmlkdkuI1qyv4jrVRWTLUCeFmzC7KF8jpeVV3O4jLxAr/vaDD/AC2P6S9VQKBYWFugEg0fbNrYHEt0wuI/+tp5ocz0Z3jVsnDcSetPJ/mIH6zzkxlDXkNYyQm0gqGERloJMRaPRplmCjckCQMjyZXMjxGHam5R1KsORFtOsdrgQJg0MGQ00IteT5oAm8A36ScWjSqife/neJTGvGAkn4VkEiAa3SJKPUw8oEqGzn0EhqN0hsL84LiFDTEMQALQpKg7xrxrwGaBJmjqZCtzJ1W0oJZIIIhCB1ndbWy8Vof4hVT5spE9EMNp5d7M43wMdh6pBtTrKSBuRtYe89O4XGJWRaiG6sDbkbg2II5GRXAd8WJy4DKN6ldR6qFYn9JRJMt3vwxY/kUb7CrVP/SJUA//AGUBVaROY7GAxkQBnRdheGmtil0+EEE/Lf8ASc6TLW7puG5aT1SNSQoP1Mig70uFJ4AxAW1SmyISLfEh0195WaNLi7zh/wCXt/xKX/VKZEsRMakLP5THAkgNoEwf0j3/AHrASp5STxYEF5KptFFAkAvERFFKGtAaKKRUY3MeKKEPAVbmKKBkKI8UUoV4SxRQDpkh1IJBDA36EET1PwfBrRw9NUvYIGJO5ZtST8yYopKqjO+LEluIsutqdOmg9DczgHOkUUqIDBaKKA9Fbso6kD6z0JwDArRw6Iv9AN+pOpiinKsbtVw0YnC1KZNtMwPRl1B+konFUTTcrcG19YopRFY+UkRYooRIBHtFFKP/2Q==" alt="Image result for natiq miri">

Natiq Miri: “Azərbaycan Avropa Birliyinə inteqrasiya məsələsini daha da sürətləndirməlidir ki, Ermənistanın götürə biləcəyi bir fayda qalmasın”.


Ermənistan prezidenti Sərkisyanın son Moskva səfəri zamanı Avropa İttifaqı ilə Ermənistan arasındakı yeni sazişin bütün detallarının ətraflı şəkildə müzakirə oluanacağını qeyd edən politoloq Natiq Miri bildirib ki, Azərbaycan Ermənistanın Avropa Birliyi və Qərb dünyası ilə isti münasibətlər yaratmasına hər vəchlə mane olmalıdır:

Ermənistanın “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa Birliyi ilə saziş imzalaması Rusiyanın maraqlarına uyğun olan bir məsələdir və  ciddi müzakirə olunmadığını söyləmək düzgün olmaz.  Bu konstektdə Sərkisyan və Ermənistanın xarici işlər naziri Nalbadyanın dəfələrlə Rusiyaya çağırılması barədə xəbərləri var.  Faktlar göstərir ki, bu məsələ Rusiyanı ciddi şəkildə narahat edir və buna görə də dəfələrlə müzakirə obyekti olub. Son günlərdə Sərkisyan və Nalbadyanın Kremlə çağırılması da “Şərq Tərəfdaşlığı” məsələsi ilə bağlı sazişin bütün konturlarının ciddi müzakirə obyekti olduğunu biruzə verir. Bu saziş çərçivəsində ən azından Rusiyanın geosiyasi maraqlarına hansısa zərər dəyməməsi ilə bağlı danışıqlar gedir. 

Ayrıca,  Ermənistanın bu gün həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi İttifaqında otura bilmə lüksü yoxdur. Çünki bu həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa Birliyinin hazırladığı sazişin nizamnaməsinə zidd nüasndır. Bildiyiniz kimi, hər iki ittifaqda Azad Ticarət Zonaları nəzərdə tutulur və Ermənistanın hər iki ittifaqda eyni səlahiyətlərlə iştirak etməsi mümkünsüzdür. Fikrimcə, məlum saziş ərəfəsində Ermənistan prezidenti Sərkisyanın son Moskva səfəri zamanı məsələ bütün detalları ilə müzakirə olunacaq və sazişin maddələri o qədər zərərsizləşdiriləcək ki, Rusiyanın əleyhinə ola bilən hansısa maddə tapılmayacaq. Bu baxımdan düşünmürəm ki, Sərkisyan bu cür başından böyük addımlar ata bilsin. Ermənistan  Rusiya tərəfindən cızılmış dairə çərçivəsində elə addımlar atacaq ki, bu addımın Avropa Birliyini qane edib-etməməsi “Şərq Tərəfdaşlığı” sammitində bəlli olacaq.  Rusiyanın Ermənistana qarşı hansısa ciddi addımlar atacağı gözlənilmir. Çünki Sərkisyanın  Rusiyadan kənar, müstəqil addım atması qeyri-mümkündür. Belə bir addımın atılması Sərkisyanın hakimiyyətinin itirilməsinə səbəb ola bilər.


Natiq Miri: “Azərbaycan heç bir vəchlə Ermənistanın Qərb dünyasında, xüsusilə Avropa Birliyində isti münasibətlər yaratmasına və Avropa Birliyinin Ermənistanı birmənalı şəkildə dəstəkləməsinə imkan verməməlidir”.


Qarabağ məsələsinə gəlincə, Ermənistanın Qərb strukturlarına bu səviyyədə yaxınlaşması  və Avropa Birliyi ilə müəyyən sazişlərin  imzalanması Qərb-Ermənistan münasibətlərinə çox müsbət təsir edir. Bununla yanaşı, Ermənistanın əlavə tribuna və müəyyən mənada dəstək qazanmasına  rəvac verə bilər. O baxımdan Azərbaycan da bu məsələyə gözübağlı yanaşmalı deyil. Avropa Birliyi ilə Azərbaycan arasında da bir strateji sazişin imzalanması üçün hazırlıqlar görülür, amma bir çox obyektiv və subyektiv səbəblərə görə bu saziş layihəsinin imzalanması ləngidilir. Fikrimcə, bu məsələnin tezliklə ərsəyə gəlmsəi  və bu yöndə Azərbaycanın konkret addımlar atmasına ehtiyac var. Çünki Azərbaycanın  ayağını çəkdiyi bütün nöqtələrdə Ermənistan mütləq şəkildə yer alacaq. Heç bir müqəddəs yerlər boş qalmadığına görə Ermənistan da Azərbaycanın çəkildiyi yerlərdə öz ayağını qoymağa maraqlıdır. Azərbaycan heç bir vəchlə Ermənistanın Qərb dünyasında, xüsusilə Avropa Birliyində isti münasibətlər yaratmasına və Avropa Birliyinin Ermənistanı birmənalı şəkildə dəstəkləməsinə imkan verməməlidir. Ona görə də regionun əsas strateji ölkə Azərbaycandır və Avropa Birliyi də Azərbaycanla münasibətlərdə maraqlıdır. Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyi və digər məsələlərində bilavasitə iştirak edir. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinə səbəb olur. Azərbaycan bir az daha irəli gedərək, Avropa Birliyinə inteqrasiya məsələsini daha da sürətləndirməlidir ki, Ermənistanın götürə biləcəyi bir fayda qalmasın”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar