Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan parlamenti hökumətin yeni layihəsini ilk oxunuşda bəyənib


Sentyabrın 27-də Ermənistan parlamenti hökumətdə struktur dəyişiklikləri layihəsini ilk oxunuşda qəbul edib


Novator.az-ın məlumatına görə, hökumətin təqdim etdiyi layihədə İqtisadiyyat Nazirliyinin İnvestisiya və Sahibkarlığa Dəstək Nazirliyinə, Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji İnfrastrukturu və Sərvətlər Nazirliyinə çevrilməsi nəzərdə tutulur.

Digər yenilik Nəqliyyat və Rabitə Nazirliyinin bazasında Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmasıdır. Şəhərsalma Nazirliyi isə komitəyə çevrilir.

Sentyabrın 13-dən Ermənistan hökumətinə Karen Karapetyan baş nazirlik edir. Əvvəl baş nazir postunu Ovik Abramyan tuturdu. Baş nazir dəyişdiyi üçün Ermənistan hökuməti yenilənir. Yeni hökumətin tərkibi ilə bağlı ilk sərəncamlar sentyabrın 20-də imzalanıb. Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postuna təyinat alıb. Hökumət Aparatının rəhbəri – nazir vəzifəsi David Arutyunyana tapşırılıb.

Maliyyə naziri vəzifəsinə Vardan Aramyan, nəqliyyat və rabitə naziri vəzifəsinə Vahan Martirosyan, kənd təsərrüfatı naziri postuna İqnati Arakelyan, enerji və təbii sərvətlər naziri vəzifəsinə Aşot Manukyan təyin edilib. Bu nazirlər hökumətdə yeni şəxslərdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar