Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda aksiyaçılar indi də oxumağa başladılar - Fotolar


"Zombi" rok qrupu Serj Sarkisyanı və polis rəisi Vladimir Qasparyanı ələ salan mahnılar səsləndirirlər


Ermənistanda günlərdir davam edən etiraz aksiyaları indi başqa forma alıb. Nümayişə çıxanlar, o cümlədən musiqiçilər iyunun 23-dən elektrik enerjisinin bahalaşmasına və polisin hərəkətlərinə qarşı öz etirazını yeni formada ifadə edirlər. 

Bir neçə gün öncə su çırnaqları, polis dəyənəklərinin hakim olduğu Baqramyan prospektində "Zombi" rok qrupunun konserti böyük maraq doğurur. 

Rok qrupunun solisti Tatul Saroyan deyib ki, bugünkü konsertlə iyunun 23-də polisin xalqa qarşı zorakılığına öz etirazlarını ifadə ediblər. "Buna bizim bugünkü mahnılarımız şahidlik edir".

Konsert təqribən 2 saat davam edib, ölkənin prezidenti Serj Sarkisyana və polis idarəsinin rəisi Vladimir Qasparyana həsr edilmiş mahnılar səsləndirilib. İfaçılar mahnılarında ölkədəki bərbad vəziyyətə toxunublar, həmçinin etiraz aksiyasına divan tutan "meşşanların" hərəkətlərini ifşa ediblər. 


Aksiyada mahnı oxuyan zaman

Bu arada İrəvanda təşkil olunan mitinqlərin təşəbbüs qrupu haqqında araşdırmalara başlanılıb.

Vətəndaş təşəbbüs qrupu "Soyğuna Yox", "Talana Yox" devizi altında Ermənistanda elektrik enerjisi qiymətlərinin artımına qarşı aksiyaların birinci dalğasını təşkil edib. Bu gün isə mərkəzi Baqramyan prospektində və Azadlıq meydanında təntənəli yürüş keçirir. Ölkənin başqa yerlərindən nümayişçilərə dəstək dayanmır.

Təşəbbüsün təşkilatçılarından biri Maksim Sarkisyan təntənəli yürüşdən əvvəl jurnalistlərlə söhbətində deyib ki, onlar indi adi vətəndaşlar kimi təntənəli yürüşdə iştirak edirlər. Biz "Talana Yox" şüarı adı altında gecə-gündüz fəaliyyətimizi davam etdirəcəyik. 


Maksim Sarkisyan

Onun sözlərinə görə, Gümrüdəki teatr səhnəsində bu məsələnin ictimai müzakirəsi olacaq. Bunun məqsədi İrəvanla başqa şəhərlər arasında əlaqəni aktivləşdirmək, aksiyalara regionların cəlb olunmasının səviyyəni yüksəltməkdir.

M.Sarkisyananın bildirib ki, bundan sonra onlara müraciət edən digər vətəndaş qrupu üzvləri də Baqramyan prospektinə gedəcəklər. "Bizim mübarizəmiz dayanmayacaq, sonadək gedəcəyik. Sadəcə vətəndaşlar aparılan auditin məticələrini gözləyirlər". 

O deyib ki, Baqramyan prospektində etiraz edənlərin sayının azaldılması prezident Serj Sarkisyanın bəyanatı ilə bağlı idi. Ancaq onun dedikləri özünü doğrultmasa, təbii ki, vəziyyət heç də yaxşı olmayacaq. Çünki xalqı bu qədər aldatmaq yolverilməzdir. 

Xatırladaq ki, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Etirazın mitinqi iyunun 23-də axşam daha da genişlənib, Azadlıq meydanına toplaşaraq yenidən Baqramyan prospektinə gedib və indiyədək orada gecə-gündüz etirazlarını davam etdirirlər. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşacaq.




İrəvan aksiyası

Ermənistan prezidenti Serj Sarkisyan iyunun 27-də "Ermənistan Elektrik Şəbəkəsi" Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi Birliyinin "İnter RAO" şirkəti tərəfindən audit keçirilməsi haqqında göstəriş verib. Auditin nəticələrinin elan olunmasına qədər əhali üçün tariflər həminki səviyyədə qalacaq. Təbii ki, Serjin əhalini sakitləşdirmək üçün növbəti bəhanəsidir. Etirazçılar bunu çox gözəl bilirlər.

Bir sözlə, Ermənistanın paytaxtında nisbi sakitlik olsa da, vəziyyət hər an gərginləşə bilər. Serjin xalqı növbəti dəfə aldatması bağışlanılmaz kimi görünür və xalq indiki rejimi zibilliyə atmağa köklənib. Bu gecə Baqramyan prospektində aclıq aksiyası keçirən və vəziyyəti pisləşən bir neçə nəfər olub. Etiraz aksiyasının təşkilatçılarına qarşı hədə-qorxu artıb. 


İrəvanda etiraz aksiyası 

İrəvan aksiyalarını əks etdirən yeni fotolarda vəziyyətin mürəkkəb olduğu görünür.


Polis əsəbi insanları sakitləşdirməyə çalışır




Günün isti saatlarında istirahət edən əhali axşamlar yenə meydana toplaşır





Baqramyan prospektinə böyük səsgücləndiricilərin yerləşdirilməsi qadağan edilmişdi 





Əhali Serj Sarkisyanaın sözlərinə-bəhanələrinə inanmır




Barikadalar hələ də İrəvan küçələrindədir.(
ans press)




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar