Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda general və iki polkovnik qandallandı - Aprel döyüşlərinə görə


Ermənistan İstintaq Komitəsi Müdafiə Nazirliyinin rəhbərliyində həbslər barədə məlumat yayıb


Virtualaz.org xəbər verir ki, məlumata əsasən bəzi yüksək vəzifəli hərbçilər ötən axşam həbs edilib.

 “Rəsmən təsdiq edirəm ki, mayın 30-da axşam general Mels Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Marqaryan həbs olunublar. Həbslər iki müxtəlif cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların alınması, bəzi hallarda şişirdilmiş qiymətə alınması faktları ilə bağlı qaldırılmış cinayət işlərindən gedir”-İstintaq Komitəsinin rəsmisi Sona Tuzyan bildirib.

Xatırladaq ki, general Mels Çilingəryan Ermənistan Müdafiə Nazirliyinin silah idarəsinin rəisi olub. O, bir neçə gün əvvəl işdən azad edilmişdi. Mayın 18-də isə Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan həbs olunub. Habelə aprelin sonlarında Ermənistan Müdafiə Nazirliyinin üç generalı işdən qovulub.

Müdafiə Nazirliyinin rəhbərliyində bu işdən qovulmalar və həbslər aprelin əvvəllərində Qarabağa gedən 4 günlük hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun verdiyi itkilər, habelə ordunun təchizatı ilə bağlı üzə çıxan acınacaqlı vəziyyətlə bağlıdır.

Habelə bu hərbi əməliyyatlar zamanı qaçıb gizlənən, ancaq döyüşlər dayanandan sonra üzə çıxan erməni polkovnik, Mataqik polkunun komandiri Arutyun Əmirxanyan işdən azad edilib. O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun qohumudur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar