Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda girovluqda olan iki polis sərbəst buraxılıb


Ermənistanda polis şöbəsini nəzarətdə saxlayan silahlı qruplaşmanın üzvü Varujan Avetisyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Qeorqi Kutoyanla görüşüb


APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu məlumatı tərəflər arasında görüşün təşkilində vasitəçilik edən Vitaliy Balasanyan təsdiqləyib. Onun sözlərinə görə, tərəflər müstəqil mətbuat mərkəzinin yaradılmasına dair razılığa gəlib: “Mətbuat mərkəzinin yaradılması şərtilə girovlar -Ermənistan Polisinin müavinləri general- mayor Vartan Yegiazaryanla İrəvanın polis rəisinin müavini polkovnik Valeri Osipyanın azadlığa buraxılması barədə razılıq əldə edilib. İki sıravi polis isə heç bir şərt irəli sürülmədən azadlığa buraxılıb. Hazırda KİV nümayəndələrinin neytral ərazidə yaradılacaq mətbuat mərkəzində fəaliyyətlərini təmin etmək üçün hazırlıq görülür”.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar