Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda oliqarxların mülkiyyəti yenidən bölüşdürüləcək


Ermənistanda hökumət dəyişdikdən sonra vəzifədən çıxarılan bəzi oliqarxların vəziyyəti ağırlaşıb


Ermənistan mətbuatının bildirdiyinə görə yeni komandanın üzvləri hazırda “eks”-lərin illər boyu yığdıqları var-dövlətə indi böyük hərisliklə göz dikiblər.

“Ovik Abramyanın hökuməti əbəs yerə kriminal-oliqarxik adlandırılmırdı. Oliqarxiya-şəxsi biznesin dövlət hakimiyyəti ilə birləşdirilməsidir. Ovik Abramyan hökumətində isə dövlət vasitələrinə birbaşa çıxış əldə edən və bundan şəxsi varlanmaq üçün istifadə edən adamların sayı həddən artıq çox idi”, - Naira Ayrumyan yazır.

Yeni baş nazir hələ ki, oliqarxların ünvanına birbaşa ittiham səsləndirməyə tələsmir. Burada onun İrəvanın meri olarkən aldğı dərslərin də köməyi olub. 

Məsələn, o, parlamentdə “Çiçəklənən Ermənistan” partiyasınıdan olan deputat Vaqe Enfiacanyanın keçmiş məmurlar və onların cəlb olunduğu korrupsiya sxemləri barədə mətbuatda çoxlu sayda məlumat getdiyi barəd sualları cavablandırarkən belə deyib:

 “Biz çalışırıq ki, hər bir orqan öz işi ilə məşğul olsun. Əgər keçmiş məmurlar barədə faktlar varsa bunula hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Baş nazir özü birbaşa məsələ ilə bağlı hər hansı açıqlama verməsə də, kabinetin yeni  nazirləri artıq köhnələrin arxasınca dillənməyə başayıb.

Ermənistanın yeni maliyyə naziri Vardan Aramyan  özü sələfi Qagik Xaçatryanın ünvanına ittihamlar səsləndirib.

O, Dilicanada yüksək maliyyə xərcləri ilə tikilən təlim mərkəzinin tikintisinə ayrılan pulların səmərəli şəkildə xərclənmədiyini qeyd edib.

Aramyan maliyyə vəsaitlərinin ayrılması ilə bağlı daha praqmatik xətt yürüdəcəyini bildirərək Dilicandakı mərkəzin auksiona çıxarılacağını bildirib.

Doğrudur, sonra nazirin “səhv etdiyi” də aşkarlanıb. Onun mətbuat katibi söhbətin Dilican mərkəzindən deyil, zeytun mərkəzindən getdiyini söyləyib.

Ermənistan KİV-lərini verdyi məlumata görə, yeni nəqliyyat naziri şimal-cənub avtomagistralının da dayandırılacağını bildirib. “Hazırda yola ayrılan pullardan səmərəli istifadə olunub olunmaması yoxlanılır”, -təzə nazir keçmiş nazir Qagik Beglaryanı hədələməyi unutmayıb.

Mətbuat hadisələrin məntiqi ardıcıllığına görə Sünikin keçmiş qubernatoru Suren Xaçatryanın da bənzər ittihamlara məruz qalacağını, habelə onun və çoxsaylı qohumları barəsində bir çox cinayət işinin açılacağını istisna etmir.

Ermənistan KİV-ləri adları çəkilən nazirlərin və başqa məmurların istintaqdan yayınmaq üçün kapitallarını ölkədən çıxardıqlarını, hətta bəzilərinin ölkəni tərk etdiklərini yazır.

Bu isə ekspertləri siyasi hakimiyyətin “təhvil-təslimi” ilə bərabər mülkiyyətiin yenidən bölüşdürülməsi prosesinin getdiyi bartədə fikirlər səsləndirməsinə səbəb olub.

“Milli sərvətlərdən faydalanmaq hüququna yalnız konkret oliqarxların malik olduğu nəzərə alınsa bu zaman qarşıda onların yığdıqları sərvətlərin könüllü olaraq, yoxsa ənənəvi “güc yolu” ilə verilməsi məsələsi duracaq... Oliqarxlarla bağlı bu hərəkatın yalnız o zaman mənası ola bilər ki, oliqarxlardan alınan pullar yeni korrupsionerlərə və ya Rusiyanın “ikinci eşelon” şirkətlərinə deyil, büdcəyə getmiş olsun” deyə Ayrumyan yazır.

Erməni politoloqlar isə hökumətin  atacağı addımlarla bağlı ümidisizliklə əllərini yelləyirlər...
“Karen Karapetyanın ölkədəki iqtisadi vəziyyətlə bağlı təqdim etdiyi proqrama qeyri-ciddi yanşıram. Çünki hamımız anlayırıq ki, bütün bunlar Ermənistanda daha ağır iqtisadi vəziyyətin yaranmaması və situasiyanın hansısa səviyyədə nəzarətdə saxlanılması üçün edilib”, -politoloq Stepan Danielyan mətbuata bildirib. 

“Hər halda gələcəkdə hökumətin Serj Sərksiyanı və Respublika partiyasını hakimiyyətdə saxlamaq planları daha aşkar şəkildə üzə çıxacaq” deyə politoloq qeyd edib.

Politoloqun fikrincə, yaranmış ağır vəziyyətin səbəbləri dərin köklərə gedib çıxır və onların həlli ilk növbədə siyasi qərarların qəbul olunmasını tələb edir. “Bu vəziyyətin əsas günahkarı Respublika partiyası olduğu üçün hakim partiyanın hansısa ciddi addımlar atacağını gözləmək çətindir. Çünki ciddi dəyişikliklər və siyasi qərarlar iqtidar partiyasının hakimyyətdən getməsinə səbəb ola bilər ki, onlar da buna hazır deyillər”.

Politoloq vəziyyətin düzəlməyəcəyi təqdirdə Ermənistanda “Sasna tsrer” qiyamlarının daha çox olacağını bildirib.

Stepan Danielyanın sözlərinə görə, dəyişikliklər illüziyası daha çox xarici aləmə ünvanlanıb. Çünki xarici kreditorlar tərəfindən verilən investisiyalar ABŞ, Avropa Birliyi kimi donorlardan asılıdır. Ona görə hər şey onların istəklərinə uyğun həyata keçrilir...

“Lakin bütün bunlar Ermənistanda ədalətli seçkilərə gətirib çıxaracaqmı? Hesab edirəm ki yox...Əgər hakimiyyətin itirilməsi problemi yaransa iqtidar hər metod və addıma gedə bilər”, - politoloq yekunda qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar