Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda qərbyönümlü rəngli inqilab ola bilər?



Zərdüşt Əlizadə: “Ermənistanda heç bir qərbyönümlü hərəkat mümkün deyil”


Elxan Şahinoğlu :”Ermənistanda inqilabın baş verəcəyi və qərbyönümlü bir qüvvənin hakimiyyətə gələcəyi ehtimallı o qədər də yüksək deyil”.

Bildiyimiz kimi, Ermənistanda elektrik enerjisinin qiymətinin qaldırılması haqda qərar veriləndən sonra iyunun 19-da İrəvanın mərkəzi Baqramyan prospektində sosial xarakterli etiraz aksiyası başlayıbı. On minlərlə nümayişçinin oturaq aksiyası əvvəlcə dağıdılsa da, sonradan hüquq-mühafizə orqanları zorakılıq tətbiq etməkdən vaz keçdilər.

Artıq 17 gündür  ki, Yerevanda erməni fəalların etiraz aksiyası davam edir. “Talana son!” Təşəbbüs Qrupunun fəalı Artur Koçaryan aksiyaçılar qarşısında bəyanatla çıxış edərək bildirib ki, artıq etirazın yeni mərhələsinə başlayırlar. Onun sözlərinə görə, iqtisadçılardan və hüquqşünaslardan ibarət qrup yaradaraq, etirazları daha geniş formada davam etdirəcəklər. Artur Koçaryan onu da qeyd edib ki, prezident Serj Sərkisyanın bəyanatı onları qane etmir: “Tələblərimiz belədir: Elektrik enerjisi tariflərinin bahalaşdırılması barədə iyunun 17-də qəbul edilmiş qanunsuz qərar ləğv edilsin! Ötənilki tariflərə  yenidən baxılsın! Iyunun 23-də”Baqramyan" prospektindəki aksiyanı dağıdan, dinc nümayişçilərəy güc tətbiq edən bütün polis əməkdaşları cəzalandırılsın! Həmçinin onlara bu göstərişi verənlər məsuliyyətə cəlb edilsin".

Ermənistan prezidenti Serj Sərkisyan Elektrik Şəbəkələri şirkətində auditin keçirilməsi və proses başa çatana qədər elektrik enerjisi tariflərinin qaldırılması qərarının dondurulması haqda qərar versə də,  etirazçılar bununla razılaşmır. Bütün bu hadisələri nəzərə alaraq bu qənaətə gəmək olar ki, Ermənistanda siyasi vəziyyət artıq yeni məcraya yönəlməkdədir. Sərkisyanın geri addım atması, etiraz aksiyalarını qərbyönlü rəngli inqilabla bitirə bilərmı? Və belə bir inqilab baş verəcəyi təqdirdə bölgədə siyasi-iqtisadi prosseslər necə inkişaf edə bilər?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq, Zərdüşt Əlizadəyə və politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna  müraciət edib. Politoloqlar Ermənistanda inqilabın baş verəcəyi və qərbyönümlü bir qüvvənin hakimiyyətə gələcəyi ehtimallının o qədər də yüksək olmadığını bildiriblər.



Zərdüşt Əlizadə:” Bu hal baş verən halda  Ermənistan yox olacaq”


Ermənistanda heç bir qərbyönümlü hərəkat mümkün deyil. Çünki Ermənistan “Qarabağ qəfəsin”də oturub. Elə bir qəfəsdə  oturub ki, o qəfəsdən çıxmaq imkanı yoxdu və bunun da adın qoyublar “milli təhlükəsizlik”. Yəni onların qəfəsinin adı “ermənilərin milli təhlükəsizliyi”dir. Onlar uçuruma getmək istəmirlər. Çünki bilirlər ki, Rusiyaya qarşı istənilən səhv addım o saat onunla nəticələnəcək ki, Rusiya Azərbaycana deyecək ki, Ermənistanla işinizə biz qarışmırıq. Bu hal baş verən halda isə, Ermənistan yox olacaqdır. Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşması məsələsi  ölkə daxili korrupsiya axınlarının bölünməsi uğrunda gedən mübarizənin əksi idi. Bu üsyanların demokratiya ilə heç bir əlaqəsi yoxdur”.



Elxan Şahinoğlu :” Əgər insanlar hakimiyyətlə toqquşarlarsa, böyük ehtimalla bu kütləvi etirazlara Qərb ölkələri, ABŞAvropa Birliyi ölkələi də dəstək verəcək”.


Ermənistandakı mitinqlərin genişlənmə ehtimallı böyükdür. Çünki iqtisadi- sosial vəziyyətdən insanlar narazıdır. Hökümətin də, hakimiyyətin də, iqtisadi vəziyyətin müsbətə dəyişilməsi üçün əllərində resusları, gəlir mənbələri  yoxdur. Rusiyadan da gəlir azalıb, ermənilər ailələrinə az pul göndərirlər, çünki Rusiyanın özündə də iqtisadi vəziyyət yaxşı deyil. Artıq erməni lobbisi də pul göndərmir, sosial layihələri maliyyələşdirmir və s. 

Bu mənada etizaların gələcəkdə də, genişlənməsi ehtimallı böyükdür . Əgər insanlar hakimiyyətlə toqquşarlarsa, böyük ehtimalla bu kütləvi etirazlara Qərb ölkələri, ABŞAvropa Birliyi ölkələi də dəstək verəcək. Ancaq bu etirazların inqilaba çevriləcəyi və mütləq şəkildə hakimiyyətin dəyişiləcəyinə gətirib çıxaracağın demək çətindi. Çünki Rusiya prosesləri ciddi izləyi və Rusiya istəməz ki, Ermənistanda ona qarşı olan bir hakimiyyət formalşsın. Bu baxımdan müəyyən mənada yəqin ki, Rusiya Ermənistandakı hadisələrə müdaxilə edəcək. Buna görə, inqilabın baş verəcəyi və qərbyönümlü bir qüvvənin hakimiyyətə gələcəyi ehtimallı o qədər də yüksək deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar