Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistandakı hadisələrin arxasında kim dayanır: Qərb, yoxsa Rusiya?


Azad İsazadə: “Azərbaycan üçün tək təhlükə cəbhə bölgəsində ola bilər”


“Bu aksiyaların qarşısın Ermənistan höküməti sakit ala bilərdi, amma deyesən bir qədər geçikdi”

Bildiyimiz kimi, bir neçə gündür Ermənistanda etiraz aksiyaları davam edir. Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına Ermənistanın bir çox şəhərindən etirazçılar qoşulmaqdadır. Ermənistan polisi bir neçə dəfə oturaq aksiyanı dağıtmağa  cəhd etsə də, buna nail olmayıb. Nümayişçilər polisə qarşı müqavimət göstərəcəklərini gizlətmirlər. Dünən isə Ermənistan parlamentinin deputatları və erməni şou nümayəndələri etirazçılarla polis arasında canlı qalxan yaradaraq, polisin nümayişçilərə qarşı güc tətbiq etməsinin qarşısını alıblar.

Bu gün yayılan xəbərlərdə isə göstərilir ki, Ermənistanın bir çox regionlarından aksiyada iştirak etmək üçün paytaxt Yeravana axışırlar. Yəni Azərbaycana düşmən olan qonşu ölkədə gərginlik sürətlə yüksəlməkdədir və bəzi siyasi araşdırmaçılar Ermənistanda növbəti rəngli inqilabın olmasını istisna etmirlər.

Maraqlıdır ki, Yeravanda keçirilən etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyada yaşayan ermənilər də dəstək veriblər.  

Bəs Ermənistandakı etiraz aksiyalarının Azərbaycana hansısa təsiri ola bilərmi? 


Azad İsazadə: “Ermənistanda baş verənlər konkret sosial partlayışdı”


Bu suallarla PİA.AZ-ın əməkdaşı  konfliktoloq və hərbi psixoloq Azad İsazadə müraciət edib. Əməkdaşımızın sualını cavablandıran Azad İsazadə bildirib ki, Ermənistandakı aksiyaların Azərbaycana tək təhlükəsi cəbhə bölgəsində ola bilər:

Ermənistandakı etiraz aksiyasının Azərbaycana heç bir təsiri ola bilməz. Ermənistanda gedən proses konkret enerji tariflərinin qalxması ilə bağlıdır və bu sosial bir partlayışdı. Bu aksiyaların qarşısını Ermənistan höküməti sakit şəkilə ala bilərdi, amma deyesəb bir qədər geçikdi. Yenə qeyd edirəm ki, bu hadisənin Azərbaycana heç bir təsiri ola bilməz, ancaq həmişə belə bir təhlükə olur ki, Ermənistanda hansısa siyasi ya da iqtisadi problemlər yaranan kimi cəbhə bölgəsində gərginlik çoxalır və onlar ümummilli ideyanı milli təhlükəsizlik məsələsi olaraq ortaya atırlar. Bununla da cəmiyyətin diqətini daxili problemlərdən uzaqlaşdırmaq istəyirlər. Azərbaycanın tək təhlükəsi cəbhə bölgəsində ola bilər”.

Ermənistandakı hadisələrin arxasında kim dayanır? Qərb, yoxsa Rusiya?, sualını cavablandıran konfilikoloqun fikrincə hadisələr hələlik xaotik olaraq inkişaf edir: 

“Hələlik Ermənistandakı hadisələrin arxasında nə Qərb nə də, Rusiya dayanır. Bu sadəcə kor kütlə hərəkətidir. Sözsüz ki, uzun müddət belə ola bilməz və bəlkə də indi iki tərəf də, istər Rusiya, istər Qərb çalışacaq bu hərəkatı nəzarət altına götürüb idarə etsinlər. Amma ilkin çıxışlar kortəbii idi”.

Azad İsazadə: “Qarabağda müharibə yox döyüşlər başlaya bilər”.


Hərbi psixoloq eyni zamanda,  bəzi ekspertlərin  Ermənistanda vəziyyət nəzarətdən çıxarsa, Sərkisyan hakimiyyətini qorumaq üçün Qarabağda yeni müharibə başlada bilməsi fikrinə də münasibətin bildirib. Azad İsazadə hesab edir ki, Qarabağda müharibə yox, döyüşlər başlaya bilər:

“Qarabağda müharibə yox döyüşlər başlaya bilər. Yəni onlar aksiya iştirakçılarını günahlandıracaqlar. Çünki xəbər yayılıb ki, cəbhə bölgəsində bir neçə hissəni çıxardıb Yeravana keçiriblər. Bu səbəbə görə də, aksiya iştirakçılarını günahlandıracaqlar ki, sizə görə cəbhəni zəiflətdik. Təxmini məntiq cəhətdən döyüşlərin başlanmasını belə gözləmək  olar ki, deyəcəklər ki,  Azərbaycan yaranmış fürsətdən istifadə etdi hücüma keçdi və siz faktır ki, bunun səbəbkarı oldunuz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar