Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanı “qarışdıran” Rusiyadır, yoxsa Qərb?


Fərəc Quliyev: “Ermənistanda yaranmış bu mitinq hay-küyü Rusiya ilə razılaşdırılmış məsələdir”


Ermənistanda başlanan mitinqlər Qərbin hakimiyyəti dəyişmək istəyi kimi təhlil olunur. Ekspertlər Rusiyanın forpostu olan bu ölkənin məhz Qərb tərəfindən "çalxalanmasını” iddia edirlər. Az qala regiona “ağalıq” edən Rusiyanın öz forpostunda “hansısa” Qərbin “əlinin” bu şəkildə işləməsinə imkan verməsi də birmənalı qəbul edilmir. Qeyd edək ki, erməni müxalifəti Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamın yetişdiyini bəyan edirlər. Qeyd olunur ki, Ermənistanın Avrasiya İttifaqına rəsmi qəbul edilməsindən dərhal sonra ölkənin daxilində bu proses başladılıb. Guya Sarqisyanın Avrasiya İttifaqına qoşulması Qərbi çox ciddi şəkildə narazı salıb.

Ekspertlər deyirlər ki, Qərb Ermənistanda meydan hərəkatının başladılması üçün çox münbit bir mühitin yarandığını bildiyi üçün yeni bir hərəkatın başlanması da onun düşünülmüş planın tərkib hissəsidir. Guya Sarqisyan hakimiyyəti devrilərsə, Ermənistanın Rusiyanın orbitindən çıxma məsələsi ciddi şəkildə gündəmə gələcək. Guya yeni hakimiyyətlə Türkiyənin münasibətlərini tənzimləmək mümkün olacaq. Bütün bunların müqabilində bütövlükdə Cənubi Qafqazın probleminə çevrilən Dağlıq Qarabağ probleminin həllinə də şərait yarana biləcək.


Millət vəkili Fərəc Quliyev bildirdi ki, bu gün Ermənistan müxalifətinin etirazları, hakimiyyətdə olan klanın dəyişdirilməsi bir görüntü kimi gündəmə gətirilsə də, bu, həm də düşmənlərimizinin vahid mövqedən çıxış etməsi kimi qiymətləndirilməlidir. Millət vəkilinin sözlərinə görə, bir zamanlar “Daşnaqsütun Partiyası” adı altında formalaşan və SSRİ dağılandan sonra forpost olan Ermənistan milli maraqları tələb edən zaman “oynamağı” bacarır.

“Güman edirəm ki, bu gün Ermənistanda baş verənlər Qərbin yox,  daha çox Rusiyanın mürağındadır. Düşünürəm ki, burda bir neçə məqsəd güdülür: biri erməniləri çıxışdırmaqla onlara kim olduqlarını başa salmaqdır. Digər tərəfdən artıq dünya ictimai rəyində ermənilərin kim olduğu, Ermənistanın hansı siyasət yürütdüyü də məlum olur. Artıq bu gün Azərbaycan həqiqətləri tanınır və BMT-nin qətnamələri ilə bağlı daha ciddi fikirlər səsləndirilir. O cümlədən, Avropa təsisatlarında Qarabağla bağlı aydın mövqelər ortaya çıxır. Ermənilər Minsk formatında müəyyən təkliflərin ortaya qoyulmasında və aparılan müzakirələrdə gücsüz olduqlarının fərqindədirlər. Belə olan vəziyyətdə ermənilər eyni ssenarini təşkil etməyə çalışırlar. Bu, hakimiyyət dəyişikliyi olmasa da, məhz hər şeyi sıfırdan balamağa xidmət edəcək. Burada isə yenə də “ip” Ermənistanın əlində deyil. Ona görə də düşünürəm ki, Ermənistanda yaranmış bu mitinq hay-küyü Rusiya ilə razılaşdırılmış məsələdir”. Millət vəkili hesab edir ki, Ermənistan bu “oyunları” ortaya atmaqla özünü Qərbə göstərmək istəyir.

“Göstərmək istəyirlər ki, tamamilə forpost ölkə deyillər və burda Qərb meyilli qüvvlər də var.

Eyni zamanda deyirlər ki, işğalçı siyasət yeritsələr də, Azərbaycana qarşı ərazi iddiaları etsələr də, bu, bütöv xalqın iradəsi deyil. Onlar göstərməyə çalışırlar ki, onlarda da sağlam düşünən, Qərbə inteqrasiyada maraqlı olan  qüvvələr var. Burada Qərbdən təpkiləri azaltmaq və bəzi Qərb təsisatlarında Azərbaycana qarşı “alibi” hazırlamaq niyyəti güdülür.  Bir qədər əvvəl Avropa İttifaqında 47 deputat Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi. Aparılan araşdırmalarda məlum oldu ki, bunlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir.

Ermənilər Qərb yönümlü kəsim olduqlarını göstərməklə, guya bu düşüncəni hakimiyyətə gətirməkdə maraqlı olduqlarını nümayiş etdirirlər”.  Millət vəkili hesab edir ki, bu, “blef” siyasətdən başqa bir şey deyil. Onun sözlərinə görə, bu yalnız Qərbə xoş gəlmək üçün “oynanılan oyundur”.

Millət vəkili Ermənistanda başlanan bu “oyunun” Rusiyanın özünə də müəyyən “vədlər” verdiyini düşünür. Onun sözlərinə görə, bu, böyük dövlətlər həmişə bir – birinə təsir eləməsi, bir- birinin zəif cəhətlərindən istifadə etməklə müəyyən şərtləri diqtə eləməsi və müəyyən razılaşmlarda öz mövqelərini möhkəmlətmək üçün bir vasitə ola bilər. Bu həm də erməni hakimiyyətində olanlara “biz nə desək, o da olmalıdır, bizim oyunu oynayın” kimi bir “qulaqburmasıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar