Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın işğalı nəticəsində dəyən zərərlə bağlı hesablamaların ilkin nəticələri açıqlanıb


1988-1993-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətrafındakı 7 inzibati rayonun Ermənistan tərəfində işğal edilməsi nəticəsində mədəniyyət abidələri üzrə dəyən zərər 177 milyard dollar, əhalinin mülkiyyətinə vurulan zərər 55,4 milyard dollar təşkil edib


APA-nın məlumatına görə, bunu Azərbaycan Müəllimlər İnstitutunda “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli mülkiyyət itkiləri” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələri Tərəfindən İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı deyib.
 
X. Kazımlı bildirib ki, yerüstü və yeraltı sərvətlərin talan edilərək məhv edilməsi nəticəsində dəyər birbaşa və dolayı zərərlər 190 milyarddan artıq olduğu heç kəsdə şübhə doğurmur, bu istiqamətdə qiymətləndirmələr davam edir.
 
Tədbirdə İşçi Qrupu tərəfindən 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi istiqamətində iş aparıldığı da açıqlanıb. Qrupun tarixçi-eksperti Vaqif Qafarov nəzərə çatdırıb ki, hazırda Baakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzur bölgələrində ermənilərin törətdikləri soyqırımların nəticələri hesablanaraq qiymətləndirilib. Hesablamaların ilkin nəticələrinə görə, bu bölgələr üzrə 124 min 236 nəfər türk-müsəlman öldürülüb, ümumilikdə əhaliyə o dövrün qiymətləri ilə 8 milyard 235 milyon rubl maddi ziyan vurulub. Bu məbləğin Ramsey formulu ilə diskont əmsalı hesablanarkən bu rəqəm indiki pula 370 milyard 575 milyon dollar təşkil edir. İrəvan, Eçimədziin, Qars, Gümrü, Cəbrayıl, Cavanşir, Şuşa, Göyçay, Ərəş, Şəki, Lənkəran, Salyan və digər Azərbaycan bölgələrində törədilən soyqırımların nəticələri bura daxil deyil. Bu bölgələrdə törədilən soyqırımların nəticələri də hazırda İşçi Qrupu tərəfindən araşdırılır. Araşdırmalar başa çatdıqdan sonra həm bu bölgələr üzrə, həm də bütövlükdə Azərbaycan üzrə yekun rəqəmlər açıqlanacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar