Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın “Lavrov planı”ndan imtinası Rusiyanın imitasiyasıdır?- Politoloq rəyi


Azər Qasımlı: “İctimaiyyətə təqdim etmək istəyirlər ki, guya Rusiya Azərbaycanın maraqlarını müdafiə edir və buna görə də Ermənistana təzyiq edir. Mən hesab edirəm ki, bu sadəcə ictimai fikrə oynanılan oyundur”.


Azərbaycan  hansısa referendumun keçirilməsi və sülhməramlı qüvvələrin yerləşdilməsindən daha çox, Ermənistan kimi status kvonun qalmasında maraqlıdır”.

Bu fikirləri PİA.AZ-a REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Lavrovun Ermənistan görüşündən sonra cəbhədə yaranan gərginliyi   şərh edərkən qeyd edib. 

Rusiya Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən sonra cəbhə bölgəsində gərginlik yenidən hiss olunmağa başladı. Hazırda yaşanan gərginlik Ermənistanın “Lavrov planı”nından tamamilə imtina etmə ehtimalını ortaya qoyurmu və bu Rusiyanın imitasiası ola bilərmi?

PİA.AZ-ın əməkdaşı bu mövzunu siyasi şərhçi Azər Qasımlı ilə müzakirə edib. Politoloqun fikrincə tərəflər arasında heç bir problem yoxdur və məsələ Rusiya tərəfindən imitasiya edilib. 



Azər Qasımlı: “İndiki şərtlər altında ən danışıqların effektivliyinə və tərəflərin səmimi şəkildə nəyisə həll edəcəklərinə inanmıram”.


“Üzdə görünən odur ki, Ermənistan rəhbərliyi ilə Rusiya hökuməti arasında problem var. RusiyaErmənistan mediası, politoluqları göstərməyə çalışırlar ki, guya bu problem Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi ilə bağlıdır. Birdə Sarkisyanın açıq şəkildə deməsi ki, Qarabağ ermənilərinə təminat verilmədən Azərbaycana Qarabağdan xaric  5-6 rayonun qaytarılmasından söhbət gedə bilməz. Onu göstərmək istəyirlər ki, guya onların arasında bu tipli problemlər var. Amma mən hesab edirəm ki, aralarında heç bir problem yoxdur və onlar məsələni imitasiya edirlər. Təəssüf ki, Azərbaycan hökuməti də bunda  iştirak edir. Rusiya da öz növbəsində  istəyir ki, oraya sülhməramlı kontingenti yerləşdirsin. Rusiya üçün Qarabağın müstəqil olub-olmaması məsələsinin önəmi yoxdur. Onun üçün vacib olan 2 məsələ var: 

1. Bu ərazidə dağlıq Qarabağ problemi həmişə qalsın.

 2. Rusiyanın sözdə sülhməramlı qüvvələri münaqişə zonasında yerləşdirilsin. 

Ermənistan da özünü elə göstərir ki, guya sülhməramlı rus kontingentinin  orada yerləşdirilməsini istəmir. İctimaiyyətdə belə fikir formalaşdırmaq istəyirlər ki, guya Rusiya Azərbaycanın maraqlarını müdafiə edir və buna görə də Ermənistana təzyiq edir. Mən hesab edirəm ki, bu sadəcə oynanılan oyundur. Danışıqlar prosesinə və hansısa qərarın qəbul ediləcəyinə inanmıram. Düşünürəm ki, bu sadəcə imitasiyadır. 

Hesab edirəm ki, Azərbaycan hökuməti də bu məsələ aktual olsunmalııdır və məsələnin gərginliyini hər zaman gündəmdə saxlamalıdır. Amma görünən odur ki, Azərbaycan  hansısa referendumun keçirilməsi və sülhməramlı qüvvələrin yerləşdilməsindən daha çox, Ermənistan kimi status klonun qalmasında maraqlıdır . Ona görə də indiki şərtlər altında ən danışıqların effektivliyinə və tərəflərin səmimi şəkildə nəyisə həll edəcəklərinə inanmıram”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar