Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsabil Qasımovun tutdurduğu gözətçinin qohumlarından ilginc açıqlamalar


“Karat” holdinqdəki müdhiş oğurluqla bağlı keçirilən mətbuat konfransında sensasion faktlar səsləndirildi; Əsabil Qasımovun oğlunun və digər qohumlarının adları hallanan mənimsəmələrlə bağlı qarşı tərəf açdı sandığı, tökdü pambığı; millət vəkili on milyonlarla manat vergidən yayınmaqda suçlandı


Deputat Əsabil Qasımovun ailəsinə məxsus “Karat” holdinqdə komendant vəzifəsində çalışmış, hazırda həbsdə olan Rövşən Hacıyevin bacısı Güllü Hacıyeva və vəkili Ceyhun Yusifov oktyabrın 21-də mətbuat konfransı keçirdilər. 

C.Yusifov müvəkkilinin CM-nin 178-ci(dələduzluq) və 313-cü(vəzifə saxtakarlığı)maddəsi ilə həbs olunduğunu bildirib: “Guya Rövşən Hacıyev ”Karat" holdinqin vəzifəli şəxsi olaraq öz vəzifə səlahiyyətlərini aşaraq mənzilləri satıb və pulunu mənimsəyib.

Guya komendant olan Rövşən Hacıyev 5 mənzil satıb və zərərçəkənlərə 1 milyon manatdan artıq ziyan vurub. Faktiki olaraq zərərçəkən də yoxdur. Bu, sadəcə şər-böhtandır. Mənzil satışı zamanı müvafiq müqavilələr tərtib olunur və həmin müqavilələr möhür vurularsa, hüquqi cəhətdən qüvvəyə minir. Möhür yoxdursa, deməli həmin müqavilələrin hüquqi qüvvəsi də yoxdur. “Karat” holdinq Bakının ən müxtəlif ünvanlarında çoxmərtəbəli binalar tikir, həmin binalarda olan mənzillərin satışını təsdiqləyən möhür isə yalnız bir ünvandadır - “Karat” holdinqin əsas ofisində. Möhür Əsabil Qasımovun oğlu Taleh Qasımovda olur. Onun baş ofisdə çalışan digər qohumları da nadir hallarda möhürdən istifadə etməklə müqavilələri təsdiqləyirlər. Yəni Rövşən Hacıyev istəsəydi belə satışa çıxarılan mənzilin alqı-satqı müqaviləsini pulunu ödətdirmədən təsdiqlətdirə bilməzdi. “Karat” holdinqin inşa etdirdiyi binalardan 5 mənzilin satıldığı, lakin pulunun mədaxil edilmədiyi üzə çıxıb. Həmin mənzillərin satışı zamanı müqavilələrə möhür vurulub. Bunu Rövşən Hacıyev edə bilməzdi".
Vəkil müvəkkilinin ittiham olunduğu cinayəti törətmədiyini söylədi.

“Əsabil Qasımov gecə yarısı tikinti meydançalarına gedib traktorların işığı altında tikintidə istifadə olunan armaturları bir-bir sayan adamdır. Belə bir adamın xəbəri olmadan şirkətinin tikdiyi binada mənzil satmaq olar?”

Yada salaq ki, “Yeni Müsavat” deputatın “Karat” holdinqində baş verənlər haqda manşetdən yazı dərc etmişdi. Ə.Qasımov isə yazdıqlarımızı təkzib etməyə səy göstərmişdi. Keçirilən mətbuat konfransında R.Hacıyevin bacısı Güllü Hacıyeva yazdıqlarımızı təsdiqləyən açıqlamalar verdi. Deputatın qardaşına qarşı haqsızlığa yol verdiyini deyən G.Hacıyeva 5 mənzilin satılaraq pulunun mənimsənilməsində ən böyük günahkar Əsabil Qasımovun özünün olduğunu dedi: “Əsabil Qasımov şirkətlərinin başında öz qumarbaz qohumlarını oturdub. Onun qohumları həmin 5 mənzili satıblar və aparıb qumarda uduzduqları adamlara veriblər. Deputatın qohumu Qərib Əmiraslanov mənzilləri satandan sonra Rusiyaya, oradan da Türkiyəyə gedib. Əsabil Qasımov bunu biləndən sonra onu orada tutdurub Bakıya gətizdirdi, 20 gün də türmədə saxlatdı. İndi isə həmin cinayəti Qarabağ uğrunda döyüşlərdə canını qoyan, bir neçə dəfə yaralanan, əlacsızlıqdan gedib Əsabil Qasımovun holdinqində qarovulçuluq, komendantlıq edən qardaşımın üstünə yıxır. Necə ola bilər ki, bir komendant milyardlarla pulu olan holdinqin sahibini aldadıb?”

G.Hacıyeva bildirdi ki, deputat şirkətinin inşa etdirdiyi binaların tikinti meydançalarında mal-materialları şəxsən sayır: “Əsabil Qasımov gecə yarısı tikinti meydançalarına gedib traktorların işığı altında tikintidə istifadə olunan armaturları bir-bir sayan adamdır. Belə bir adamın xəbəri olmadan şirkətinin tikdiyi binada mənzil satmaq olar? Əsabil Qasımov, sən mənzilin pulunu almamış, müqaviləyə möhür vuransan? Bunu ancaq onun yaxınları, qohumları edə bilər. Bu işdə günah onun oğlundadır. Haranı axtarsalar, Əsabil Qasımovun bir ”minus"u çıxacaq".

R.Hacıyevin bacısı deputatı saxta şahid axtarmaqda suçladı: “Karat” holdinqdə qardaşımın şəkilini vurub və altından yazıb ki, kim Rövşənin əleyhinə ifadə versə, mükafatlandırılacaq. Bu, saxta şahid yığmaqdır".

G.Hacıyeva “Karat” holdinqdə mənzil satışı zamanı yol verilən böyük vergi cinayətlərini də açıqladı: “Məndə olan məlumata görə Əsabil Qasımov mənzilləri öz yaxın qohumlarının adına rəsmiləşdirir. Qohumlarını çağırır və onlarla alqı-satqı müqaviləsi bağlayıb guya mənzili həmin qohumuna satır. Bunu niyə edir? Şəhərin mərkəzində olan binalarda mənzillərin kvadratını 110-120 manatdan olmaqla yaxınlarının adına rəsmiləşdirir. Halbuki həmin mənzillərin kvadratının real satış qiyməti 1200 manatdır. Beləliklə, vergi ödənəndə hər kvadrata görə 120 manatdan ödənir. Faktiki isə həmin mənzillərin kvadratı 10 dəfə baha satılır. Binaların üstündə olan texniki sahələr də sonradan mənzilə çevrilərək satılır. Hansını deyək? Bu adamın 30-dan artıq şirkəti var. Haradan alıb deputat bu qədər pulu? Bu adam sadəcə qohumlarına nəzarət edə bilmir, qardaşımı da günahsız olduğunu bilə-bilə həbs etdirməklə qohum-qardaşının gözünü qorxutmaq istəyir. Onları pullarını yeməkdən çəkindirmək istəyir. Xırdalanda qardaşı oğlunun yeyintisini üzə çıxarmışdı, o, ”Karat" holdinqə gedib orada demişdi ki, özümü asacağam. Bundan sonra ondan əl çəkdi. Bir fəhlə gedib işlədiyi fabriki baş direktorun möhürü olmasa sata bilər? Bu adamın Süleyman Rüstəm küçəsində “Premium” adlı marketi var. Vergidən yayınmaq üçün oranın kvadratını 309 kvadratmetr göstərib, faktiki isə 515 kvadratdan artıqdır. Bu necə deputatdır ki, böyük vergi cinayətlərinə yol verir? Mənim qardaşım o vəziyyətdədir ki, vəkillə görüşə gələ bilmir. O, torpaqlarımız uğrunda döyüşəndə Əsabil Qasımovun qohum-qardaşı Bakıda öz keflərində idilər. Mənim qardaşım 1 milyonluq mənzili necə sata bilərdi? Onun qohumları şirkətlərində unu satıb pulunu mənimsəyiblər. Əsabil Qasımova da deyiblər ki, unu nisyə vermişik. Aylar sonra Əsabil Qasımov araşdırıb, unu alan adamlar deyib ki, biz aldığımız malın pulunu vermişik. Sadəcə, bu adam o qədər şirkətə sahibdir ki, o qədər çox gəliri var ki, pullarına nəzarət edə bilmir. Qohum-qardaşı pulları dağıdır".

“Qardaşıma deyib ki, səni orada çürüdəcəyəm. İstintaqa təzyiq göstərir. Bizə açıq-aşkar deyirlər ki, bu sifarişdir. Onu deputat seçiblər ki, vətəndaşları toxunulmazlığından istifadə edib türmələrə saldırsın?”

Mətbuat nümayəndələrinə təqdim olunan sənədlərdə “Karat” holdinqin tərkibinə daxil olan çoxsaylı şirkətlərin adları var: “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alqı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulda və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12,  İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s".

G.Hacıyeva dedi ki, deputat onun qardaşını ölümlə hədələyib: “Qardaşıma deyib ki, səni orada çürüdəcəyəm. İstintaqa təzyiq göstərir. Bizə açıq-aşkar deyirlər ki, bu sifarişdir. Onu deputat seçiblər ki, vətəndaşları toxunulmazlığından istifadə edib türmələrə saldırsın? Əgər qardaşıma qarşı haqsızlıq dayandırılmasa, mən Əsabil Qasımovun zülmündən bezdiyim üçün ”Karat" holdinqin qarşısına gedib üstümə benzin töküb özümü yandıracağam. İndidən deyirəm, mənim intiharımın baiskarı deputat Əsabil Qasımovdur".



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar