Aprelin 23-ü saat 20:40 radələrində N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Məcidov Elnur döyüş növbətçiliyi çəkərkən Ermənistan Silahlı qüvvələri tərəfindən vurulub
Virtualaz.org-un “Turan”-a istinadən məlumatına görə, yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib. Məcidov Elnur Qəbələ rayonundan hərbi xidmətə çağırılıb.
Hadisənin konkret harada baş verdiyi barədə məlumat verilmir.