Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsgərlikdən gəldi, evin tək oğlunu öldürdü



Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Gəncə şəhər sakini Həsən Ziyadxan oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib


PİA.AZ bildirir ki,  Virtualaz.org saytının əldə etdiyi məlumata görə, 2014-cü il, avqust ayının 5-də Gəncə şəhəri ərazisində Samux rayon sakini, üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan Elgün Əsgərovun meyiti aşkar edilib.

Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Həsən Həsənov tərəfindən törədildiyi müəyyən edilib.

H..Həsənov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə prosesində şahid qismində dindirilən Nicat Yusifli ifadəsində təqsirləndirilən şəxslə hərbi xidmət zamanı tanış olduqlarını, aralarında dostluq münasibəti yarandığını göstərib: “Həsən hərbi xidmətdən avqustun 1-də qayıtmışdı. Dörd gündən sonra bu hadisə baş verdi. Həmin gün Həsən zəng vurdu, görüşdük. Yanında Orxan və Turan adlı dostları da var idi. Birlikdə çay evinə getdik. Oradan çıxandan sonra siqaret almaq üçün köşkə yaxınlaşdım. Köşkün qarşısında iki qız dayanmışdı. Pulum olmadığından 20 qəpik verib iki ədəd siqaret istədim. Həsən mənə dedi “ştuçnı” oğlansan ki, dənə ilə siqaret alırsan. Geri çevriləndə Həsənin bir nəfərlə mübahisə etdiyini gördüm. Yaxınlaşdım ki, görüm nə məsələdir. Elgün Həsənə deyirdi ki, sən qızlara söz atmısan. Həsən isə qızlara sataşmadığını dedi. Elgün elə bilmişdi ki, Həsən o sözü qızlara deyir. Amma onlara demirdi, mənə deyirdi”.

Şahidin sözlərinə görə, Elgün Əsgərov sonradan görüşüb söhbət etmək üçün Həsəndən telefon nömrəsini istəyib. Həsən də nömrəsini ona verib: “Bir az keçəndən sonra Elgün zəng vurub dedi ki, qızları yola salmışam, gəlirəm. Həmin vaxt Orxan məndən nə baş verdiyini soruşanda Elgünlə bir kənddən olduğumuzu dedim və bu söhbəti bağlamağı məsləhət gördüm. Elgün gələndən sonra Həsənlə yenidən mübahisə etdilər. Özləri dedilər ki, bizi tək qoyun, söhbət etmək istəyirik. Rus qəbiristanlığının yanında öz aralarında danışarkən birdən hay-küy qopdu. Gördüm Elgün yıxılıb. Onu dərhal yaxınlıqdakı maşınlardan birinə əyləşdirib xəstəxanaya apardıq. Evə gəlib hər şeyi atama danışdım. Atam məni polis bölməsinə apardı”.

Mərhumun atası Səməndər Əsgərov şahidin doğru ifadə vermədiyini, yeganə oğul övladının bir qrup şəxs tərəfindən qətlə yetirildiyini bildirdi: “Sən bilirsənmi ki, mənim daha oğlum yoxdur? Elgün mənim yeganə övladım idi. O vaxt deyirdin birinci bıçağı Orxan vurub. Yadındadırmı? Müstəntiq sənə dedi ki, nəyi var, düzünü danış. Mənim uşağımı niyə öldürmüsünüz axı?”

Şahid N.Yusifli heç kimə şər atmaq niyyətində olmadığını bildirdi: “O vaxt hərə bir söz deyirdi. Mən heç kimə şər ata bilmərəm”.

Məhkəmə prosesi fevralın 9-da davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar