Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əslində Şekspir kim olub?


Dahi dramaturq Uilyam Şekspirin həyatı hər zaman məxfi faktlarla zəngin olub


Bununla belə, onun həyatı haqqında maraqlı fakt və informasiyalar günümüzədək gəlib çıxıb.
 
PİA.AZ publika.az-a istinadən “Bizim tərcümə” layihəsində aprelin 23-də dünyaya gəlmiş ingilis dramaturqu, şair və aktyoru, ən azı 17 komediya, onlarla tarixi pyes, 11 faciə və sonetlərin müəllifi Uilyam Şekspirin həyatından olan maraqlı məlumatları təqdim edir.
 
Təhsilsiz dahi
 
Deyilənlərə görə, “qətl” sözü Şekspir tərəfindən icad edilərək məişət dilinə gətirilib.
 
Bu il 451 illiyi qeyd olunan Şekspir heç zaman ali təhsil almayıb. Lakin bu, ona dünya şöhrəti qazanmasına əngəl yaratmayıb. Onun hətta, ana, ata, arvad və uşaqları da təhsilsiz olub.
O, incəsənətə adi aktyor kimi gəlib. İlk pyesini isə təxminən 25 yaşında yazıb.
 
Onun yaradıcılığı haqda belə şayiələr gəzir ki, Şekspir heç vaxt pyeslərini nəşr etdirməyib. O, pyeslərinin yalnız bir dəfə teatr səhnəsində göstərilməsini istəyib və pyeslərin tirajla yayılmasının əleyhinə olub.
 
Məcburi evlilik
 
Maraqlı faktlardan biri də Şekspirin şəxsi həyatı ilə bağlıdır. Tarixçilərin sözlərinə görə, dramaturqun 18 yaşı olarkən özündən  8 yaş böyük olan mülkədar qızı Anna Hatauey ilə eşq macərası olub. Qızın hamilə qalması cəmiyyət içərisində biabırçılıq hesab edildiyi üçün Şekspir onunla məcburən evlənib. Onların 3 övladı, bir nəvəsi olub. Lakin nəvəsi Elizabet 1670-ci ildə erkən vəfat etdiyi üçün Şekspirin heç bir əcdadı qalmayıb.
 
Şekspirin Annaya vəsiyyət etdiyi “ikinci dərəcəli çarpayı” indiki dövrdəki kimi təhqiredici əlamət sayılmırdı. Əksinə, dramaturqun arvadına verdiyi çarpayı romantik əlamət hesab edilirdi.
 
Mavi dahi
 
Evliliyə baxmayaraq, tədqiqatçılar onun seksual oriyentasiyası haqda mülahizə irəli sürərək onun kişilərə meyil etdiyini də qeyd edirlər. Şekspirin ən yaxın dostu Sauthempton qrafı Henri Rizli olub. Henri qadın geyimləri geyinər və gündəlik makiyajdan istifadə edərdi.
 
Şekspirin arxasında gizlənmiş qraf
 
Bəzi fərziyyələrə görə, Şekspir adı altında tamamilə fərqli bir insan yatır. Guya, əsil Şekspir Oksford qrafı Eduard de Ver olub və o, 1593-cü ilə kimi əsərlərini nəşr etdirib. 1594-cü ildə isə artıq Şekspir peyda olub. “Şekspir” təxəllüsü də təsadüfi seçilməyib. De Ver nəslinin gerbində əlində nizə tutmuş zadəgan təsvir olunub. “Shake-speares” sözünün hərfi tərcüməsi isə “sarsıdıcı nizə ilə” mənasını daşıyır.
 
Şekspirin demək olar bütün pyesləri saray adətlərinə parlaq parodiyadır. Ona görə də, qraf təxəllüs altında gizlənməklə sarayı tənqid edə bilərdi. Bundan əlavə,   Eduard de Ver ictimaiyyət qarşısında özünü dramaturq adlandıra bilməzdi: çünki o vaxtlar ədəbi fəaliyyət aristokratlar üçün nəzərdə tutulmamışdı. Qraf 1604-cü ildə vəfat edib və onun harada dəfn olunması məlum deyil. Tədqiqatçıların fikrincə, onun əsərləri 1616-cı ilə kimi (həmin ildə Şekspir vəfat edib) ailəsi tərəfindən nəşr olunmaqda davam etdirilib. 1975-ci ildə Britaniya ensiklopediyası bu fərziyyəni təsdiqləyərək yazıb: “Şekspirin pyeslərinə müəllif kimi ən bariz namizəd Eduard de Ver hesab olunur” .
 
Doğum tarixi bəlli deyil
 
Şekspirin doğum tarixi bu günə kimi naməlumdur. Şekspirin ölümdən əvvəlki yeganə portreti ictimaiyyətə təqdim olunsa da, onun xarici görkəminin necə olması hələ də bəlli deyil.
 
Şekspirin pyeslərindəki hadisələr Fransa, İtaliya kimi Avropanın müxtəlif yerlərində baş versə də, dramaturq özü heç zaman İngiltərədən kənara çıxmayıb.
 
3200 söz
 
Şekspir ingilis dilinə 3200-dən artıq yeni söz gətirib. O, bu vaxta qədər heç bir yerdə nəşr olunmayan “critical”-“tənqidi”, “frugal”-“qənatəcil”, “excellent”-“əla”, “countless”-“saysız” və digər sözlərdən istifadə etməklə lüğətə gətirib.
 
Şekspirin “Kral Lir” pyesinin finalı təsiredici hesab olunduğu üçün onu 150 il müddətində teatrda daha yumşaldılmış formada təqdim olunub. Şekspir özü 20-25 mindən artıq ingilis sözlərinə yiyələnib. Bu isə onun zəngin söz ehtiyatına malik olduğunu sübut edir. Çünki müasir təhsilli ingilis 4 mindən artıq söz ehtiyatına malikdir.
 
Təhsilsiz poliqlot
 
Tarixçilərin iddiasına görə, Şekspir latın, yunan, fransız, italyan dillərində də danışıb.   
Maraqlı fakt: Şimali Amerikada sərçə və sığırçınların peyda olması dolayısı ilə Uilyam Şekspirin adı ilə bağlıdır. Deyilənlərə görə, Şekspirə sadiq qalan pərəstişkarlarından biri quşları Avropadan götürərək 1890-cı ildə ABŞ-ın mərkəzi parkında havaya buraxıb. Qeyd edə ki, o vaxta qədər Amerikada quşların bu çeşidləri mövcud olmayıb. Şekspirin pərəstişkarı isə  sevimli müəllifinin pyeslərində göstərilmiş bütün quşları öz ölkəsinə gətirməklə onu yad etməyə çalışıb.
 
Uilyam Şekspir mükəmməl yaddaşa malik olub: o, nəinki, ingilis tarixini, hətta, Avropa ölkələrində baş verən tarixi prosesləri, antik fəlsəfəni, hüquq elmlərini, naviqasiya sistemini, beynəlxalq diplomatiyanın incəliklərini, tibbi bilib. Həmçinin o, siyasətlə də maraqlanaraq, musiqi və botanika (onun əsərlərində 63 bitki adı var) elmlərinə də yiyələnib.
 
Ölüm qabağı Şekspir onun tabutunu açmağa çalışan insanlar üçün bütöv bir lənət traktatı yazıb:
 
“Bu daşlara toxunan hər kəsi lənətləyirəm,
Mənim sümüklərimi hərəkətə gətirənləri lənətləyirəm”.
 
Tərcümə: Nərmin

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar