Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ət bahalaşmağa başlayıb


Son günlər paytaxt bazarlarında, sallaqxanalarda mal ətinin qiymətində artım müşahidə olunur


Əvvəllər 7-7.5 manata satılan mal ətinin bir kiloqramının qiyməti 8 manat 50 qəpiyə qədər artıb.

Müstəqil ekspertlər düşünürlər ki, bahalaşmanı iqtisadi amillər doğurmayıb.

İqtisadçı Qubad İbadoğlu deyir ki, məntiqlə yanaşdıqda, mövsümlə əlaqədar yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi.

«Çünki yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Həm də, yayda kabab mövsümünə görə qoyun ətinə tələbat daha yüksək olur. Tələbatın azalması da digər tərəfdən mal ətinin qiymətində sabitliyi qorumalı idi», – deyən ekspert vurğulayıb ki, ət bazarında təklif yerli istehsal hesabına təmin olunduğu halda bu yanaşma özünü doğruldur.

Q.İbadoğlu təəssüflə bildirir ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Onun deməsinə görə, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iribuynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur.

Restoran-kafelərdə ətli yeməklər bahalaşacaq

«Hazırda, rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəli olmayan biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir».

Q.İbadoğlu bildirir ki, bu ilin 6 ayında, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan diri heyvanların dəyəri 57.1 faiz azalıb. Ötən il 28.9 milyon olan idxal bu il 12.4 milyon dollara düşüb.

Ekspert güman edir ki, mal ətinin qiymətinin bahalaşması digər ət məhsullarına da təsir edəcək. Qoyun, quş əti, həmçinin balıq bahalaşacaq.
«Nəzərə alsaq ki, qarşıdan Qurban bayramı gəlir, qoyun ətinə artan tələbat onun qiymətini də bahalaşdıracaq. Eyni zamanda ət bazarındakı bahalaşma restoran-kafelərdə də ətli yeməklərin qiymətini bahalaşdıracaq», – Q.İbadoğlu bildirib. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar