Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ət bazarında monopoliya yaranır? - Qəssablar narahatdır

Qəssablar və Bakıya heyvan gətirən iş adamları hesab edirlər ki, zamanla onlar bu sektordan uzaqlaşdırılacaq və ət bazarında monopolistlərin mərkəzləşdirilmiş şəbəkəsi fəaliyyət göstərəcək


Eyyub Hüseynov: “Mənə hər gün ət biznesi ilə məşğul olan şəxslər zəng edirlər. Mən onlara məsləhət görürəm ki, heyvanlarını mərkəzləşdirilmiş qaydada olan kəsim yerlərində kəsdirsinlər və rəsmi sənədlər alsınlar”.

Prezidentin sərəncamı ətlərin qiymətinə təsir etməyəcək və monopoliya yaranmayacaq”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov prezident İlham Əliyevin heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncamından sonra bu sektorda çalışan insanların ət bazarında monopoliya yaranacağı ilə bağlı narahatlıqlarını şərh edərkən bildirib.

Bir müddət öncə prezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı tədbirlər görüləcək. 

Lakin son günlər belə söz-söhbət dolaşır ki, prezidentin fərmanına əsasən mərkəzləşdirilmiş qaydada heyvan kəsimi həyata keçirilsə, bu ətin qiymətinin hətta 2 dəfə bahalaşmasına gətirib çıxara bilər. Bu, heyvan kəsimi üzərində monopoliyanın da yaranmasına yol aça bilər.  Digər tərəfdən, kombinatlarda keyfiyyətsiz ətlərin və yaxud dana və qoyun ətindən başqa, digər ətlərin də satılmasına yol aça bilər. 
Xüsusən rayonlardan heyvan alaraq Bakıya gətirib kəsən qəssablar yaranmış vəziyyətdən narahatdırlar. Onlar hesab edirlər ki, qəssab və ya heyvan sahiblərinin rayonlardan Bakıya heyvan gətirmələrinə qadağa qoyulsa, bu həm bazarda monopolistlərin yaranmasına, həm də qiymətin qalxmasına səbəb olacaq. Qəssablar və Bakıya heyvan gətirən iş adamları düşünürlər ki, zamanla onlar bu sektordan uzaqlaşdırılacaq və ət bazarında monopolistlərin mərkəzləşdirilmiş şəbəkəsi fəaliyyət göstərəcək. Həmçinin bəzi qəssablar hesab edirlər ki, onların dükanı bir müddətdən sonra müxtəlif adminstrativ üsullarla bağlanacaq və ət satışı tamamilə supermarketlərin ixtiyarına veriləcək. Bu isə qısa müddət sonra ətin qiymətinin kəskin qalxmasına səbəb olacaq.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyevə və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.

Related image

Eyyub Hüseynov: “Qida Təhlükəsizliyi Agentliyi bu əhəmiyyətli məsələni həll etməyə çalışır, amma adminstrativ yollarla həll edəcəyi mümkün görünmür”.


Mərkəzləşdirilmiş qaydada heyvan kəsiminin monopoliyaya şərait yaratmayacağını bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova görə, ətin qiymətinin bahalaşacağı gözlənilmir:

 “Düşünürəm ki, prezidentin sərəncamı ətlərin qiymətinə təsir etməyəcək və monopoliya da yaranmayacaq. Çünki dörd il bundan öncə  “AzProtein Foods”  və “Min bərəkət” şirkətləri bir neçə milyon dollarlıq vəsait qoymaqla, kəsim yeri düzəldiblər. “Min bərəkət” şirkətində bir iribuynuzlu heyvanın kəsimi 10 manatdır. Kəsildikdən sonra sifarişçiyə kağızlar verilir.  “AzProtein Foods”  şirkəti isə kəsimləri pulsuz həyata keçirir. Hətta bu şirkətlər “açıq qapı” günləri elan edirlər. İstənilən adam kəsimlərə baxa bilər. Lakin bu yerlərə müraciət edənlər yoxdur. 

Qida Təhlükəsizliyi Agentliyi bu əhəmiyyətli məsələni həll etməyə çalışır, amma adminstrativ yollarla həll edəcəyi mümkün görünmür. Çünki istehlakçılar gözlərinin qarşısında kəsilən heyvana tələbat yaradır. Bu baxımdan Qida Təhlükəsizliyi Agentliyi əhali ilə yaxşı işləməlidir və əhalinin inamını qazanmalıdır ki, insanlar marketlərə üz tutsunlar.

Mənə hər gün ət biznesi ilə məşğul olan şəxslər zəng edirlər. Mən onlara məsləhət görürəm ki, heyvanlarını mərkəzləşdirilmiş qaydada olan kəsim yerlərində kəsdirsinlər və rəsmi sənədlər alsınlar”. 

Redaksiyadan: Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyevə müraciət etdik. Mənsur Piriyev öncə sualımıza aydınlıq gətirəcəyini bildirsə də, iki gün müddətində sualımızı cavablandırmaqdan yayındı. Qida Təhlükəsizliyi Agentliyinin mətbuata qapalı olmasına və ictimaiyyəti maraqlandıran suallardan yayınmasına ancaq təəssüf etmək olar. Belə görünür ki, yeni yaranmış bu qurum köhnə qaydalarla işləməyə üstünlük verir...

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar