Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Məmmədov beynəlxalq təşkilatın sədr müavini seçildi



AMİP təmsilçisi BDİ-nin qurultayında iştirak edib


Cənubi Koreyanın paytaxtı Seul şəhərində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) növbəti Qurultayı keçirilib. Qurultayda AMİP-i partiyanın beynəlxalq əlaqələr katibi Elşən Mustafayev təmsil edib. Onun “Yeni Müsavat”a verdiyi xəbərə görə, “Partiya Liderlərinin Zirvə Toplantısı” adı altında keçirilən Qurultaya  Cənubi Koreyanın prezidenti xanım Park Geun-Hyenin rəhbərlik etdiyi “Saenuri Partiyası” ev sahibliyi edib. 

Dünyanın 70 dən çox dövlətindən 100-ə yaxın sağ mərkəz partiyasını özündə birləşdirən BDİ Qurultayında  üzv partiyaların liderləri, quruma daxil olan ölkələrin dövlət və hökumət başçıları, senatorlar, millət vəkilləri və müxtəlif ranqlı siyasətçilər iştirak eləyibblər. E.Mustafayevin dediyinə görə, qurultayda mövcud beynəlxalq vəziyyət, qlobal iqtisadi-siyasi problemlər, o cümlədən digər vacib məsələlər müzakirə obyekti olub.

Nizamnaməyə əsasən 3 ildən bir keçirilən qurultayda BDİ rəhbərliyinin hesabatı dinlənilib və rəhbər orqanlara yeni seçkilər keçirilib.  Seçkilərin nəticəsi olaraq Yeni Zellandiyanın hazırkı baş naziri John Key Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədri seçilib. Qurultayda həmçinin növbəti üç il üçün BDİ sədrinin müavinlərinin də seçkiləri keçirilib.  AMİP lideri Etibar Məmmədov növbəti dəfə BDİ sədrinin müavini seçilib.

 E. Məmmədovla yanaşı Norveçin baş naziri Erna Solberq, Avropa Xalq Partiyasının (EPP) prezidenti Josef Daul, Avropa Mühafizəkarları və İslahatçıları Alyansının (AECR) prezidenti Jan Zahradil və bir sıra digər nüfuzlu dünya siyasətçiləri də BDİ sədrinin müavinləri seçiliblər. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar