Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Pirverdiyevin dostu vətəndaşın torpağını zəbt edib


“Şəki REŞ”-in sədri Elşad Məmmədovun mal-qara biznesi


Şəki Regional Elektrik Şəbəkə” MMC-nin rəhbəri Elşad Məmmədovun əməlləri ilə bağlı dövrü mətbuatda kifayət qədər tənqidi yazılar dərc olunub. 

Qısaca bildirək ki, Elşad müəllimin çörəyi, özü də yağlı çörəyi adamların, sahibkarların, iş adamlarının işığını kəsməkdən çıxır. Ümumiyyətlə, yol kəsmək, su kəsmək, işıq kəsmək dədə-babadan çox pis əməl sayılır. 
Elşad Məmmədov müxtəlif bəhanələrlə müəssisələrin işığını kəsməklə iş adamlarına xeyli ziyan vurur. Sonra da özünə lazım olanı alıb təzədən öz dədəsinin işığı kimi adamlara minnətlə işıq verir. Elşad Məmmədov işıq kəsməklə o qədər pul qazanıb ki, indi özünü ölkənin ən imkanlı fermerlərindən biri hesab edir. 

Elşad Məmmədov Şəkidə qazandığı milyonları doğulduğu Qazax rayonunda iri heyvandarlıq təsərrüfatına yönəldir. Son illər Şəkinin “baş işıqçı”sı Qazax rayonunda, öz doğma kəndi Xanlıqlarda xeyli torpaq sahəsi alıb. Həmin sahələrdə ferma tikir, öz mal-qarası üçün örüş yerləri yaradır. Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusubovun verdiyi məlumata görə Elşad Məmmədov Nəsibova Sədaqət Teymuraz qızına və onun ailəsinə məxsus təxminən 1 ha torpaq sahəsini zorla zəbt edərək orada heyvandarlıq təsərrüfatı yaradıb. Torpaq sahibi dəfələrlə məhkəmələrə müraciət etsə də Elşad Məmmədov sanki hakimlərin ağzını tikib, heç bir hakim onun əleyhinə səsini çıxarda bilmir. Onu da nəzərə alaq ki, Elşad Məmmədov “Azərenerji”ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın dostudur. 
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar