Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ətin qiyməti qəfil ucuzlaşdı - Video


12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir


PİA.AZ "Xəzər TV"yə istinadən verir ki, qoyun və quzu əti də 1 manat ucuzlaşıb. Bunun bir neçə səbəbi var. Əvvəla örüşlər cücərdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.

Ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir. Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlarda azalıb. Dollar ucuzlaşarsa ordan gətirilən heyvanlar da ətin daha da ucuzlaşmasına səbəb olar.

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar