Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ev yıxan dərmanlar


Hökumət məsələnin həll yolu üçün müvafiq sənəd hazırlayacaq


"Şəhərin bir aptekində dərman 20 manata, digərində isə 30 manata satılır. Eyni ad, eyni istehsal olmasına baxmayaraq qiymətlərdə ciddi fərqlər var. Mən özüm pensiya ilə dolanıram. O qədər imkanım yoxdur ki, dərmana 5-10 manat artıq ödəyim".

Bunu ANS PRESS-in "qaynar xətt"inə müraciət edən Səkinə Məmmədova söyləyib. Yaşlı qadın tez-tez bu kimi hallarla qarşılaşdığını deyir. Səkinə xanım artıq yaşının ona imkan vermədiyini söyləyir. Yaşlı qadın küçə-küçə gəzib ucuz dərman axtarmağa çətinlik çəkdiyini deyir. 

Bu gün istənilən şəxs aptekə girib Səkinə xanımın başına gələn həmin vəziyyəti müşahidə edə bilər. Dərman vasitələrinin kəllə-çarxa çıxan qiymət fərqinin qarşısını almaq üçün isə hökumət artıq müəyyən addımlar atmağa başlayıb. Ötən gün baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov mətbuata açıqlama verərək hazırkı vəziyyətdən danışıb. Baş nazirin müavini Milli Məclisdə dərmanların qiymətləri ilə bağlı qanunun artıq qəbul olunduğunu xatırladıb:

"Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarət ciddi şəkildə artırılmalı, həm də onların qiymətinin süni surətdə artırılmasınıln qarşısı alınmalıdır. "Dərman haqqında" Azərbaycan Respublikasının qanunda dəyişiklik edilib. Güman edirəm ki, müvafiq proseduradan sonra Nazirlər Kabineti tərtəfindən normativ hüquqi sənəd hazırlanacaq. Hazırda bu barədə lazımi tədbirlər görülür", - deyə Ə.Əhmədov söyləyib.

Mütəxəssislər isə dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı bir neçə təklif irəli sürürlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələyə fərqli rakursdan yanaşır. İqtisadçı qeyd edir ki, dərmanların qiymətinin eyniləşdirilməsi bazar prinsiplərinə əks sayılır. Onun sözlərinə görə, bu, cəlbedici görünsədə bazar iqtisadiyyatı prinsiplərinin pozulması şəraitində olmamalıdır: "Ümumiyyətlə, dövlətin bəzi hallarda qiymət tavanı müəyənləşdirmək imkanları var. Düşünürəm ki, sözügedən vahid qiymət siyasəti aparılarsa, bu, heç də apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Bəzi apteklərin gəliri azalacaq, bəzilərininki isə hətta artacaq. Bütün hallarda vahid qiymətlərin müəyyənləşdirilməsi apteklərin sıradan çıxmasına gətirib çıxarmayacaq. Apteklərdə dərmanın qiymətləri arasında fərqi azaltmaq üçün dərman bazarında liberallaşdırılma aparılmalıdır. Liberallaşdırma siyasəti birmənalı şəkildə dərmanların qiymətinin aşağı düşməsinə gətirib çıxarar".

İqtisadçı inzibati metoddan istifadəni də istisna etmir. Vüqar Bayramov qeyd edir ki, apteklərdə eyni qiymətin tətbiqi bazar iqtisadiyyatında qəbuledilməz olsa da, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiyməti müəyyənləşdirən sahibkarlara qarşı cəzalar tətbiq edə bilər: "Nazirliyin aidiyyatı qurumu inzibati üsullarla olsa belə qiymətlərin aşağı salınmasını tələb etmək hüququ var. Amma bütün apteklərdə eyni qiymətə məhsulların satılmasının tələb edilməsi qanunvericiliyə ziddir. Ancaq digər tərəfdən əgər satılan məhsulun üzərinə fəddən artıq faiz qoyulursa, bu artıq süni qiymət artımı deməkdir. Belə olan halda isə nazirlik zəruri tədbirlər görməlidir".

Ümumiyyətlə mütəxəssislər vahid qiymət təcrübəsinin xarici ölkələrdə də tətbiq edildiyini deyirlər. Bununla yanaşı, Azərbaycanda dərman preparatlarının istehsal olunmaması və dərmanların əsasən idxal edilməsi də vahid qiymət təcrübəsindən istifadəyə imkan verir. İqtisadçılar hesab edir ki, sahibkarlarda dərmanları ölkəyə gətirməyə maraq yaratmaq lazımdır. Burada həm sahibkarın, həm də vətəndaşın marağı nəzərə alınmalıdır. Belə olan halda isə vahid qiymət siyasətini praktiki olaraq tətbiq etmək mümkün olacaq. Nəticədə isə, ölkədə dövlət qeydiyyatına alınmış və dövlət reyestrinə daxil edilmiş bütün dərman vasitələri bütün apteklərdə müəyyən olunmuş qiymət əsasında satılacaq. Yəni, Səkinə xanım kimi yaşlı qadınların küçə-küçə düşüb apteklərdə ucuz dərman axtarmağına ehtiyac qalmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar