Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evakuatorların aqibəti necə olacaq?


Son vaxtlar Bakıda avtomobillərin evakuasiya edilməsi ilə bağlı şikayətlərin, narazılıqların sayı durmadan artırdı


Artıq bu şikayətlərin nəticəsi var.

Belə ki, Avtosfer.az saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, artıq ötən həftənin cümə günündən etibarən Bakıda evakuasiya maşınlarının fəaliyyəti dayandırılıb.

Hətta, bildirilir ki, həmin gündən bəri paytaxtda dayanma-durma qaydalarını pozmağa görə bir dənə də olsun avtomobil evakuasiya edilməyib. Bunun səbəbinə gəlincə isə bildirilir ki, yol polisinin avtomobilləri haqlı-haqsız evakuasiya etməsi əhali arasında ciddi narazılıq yaradıb. Hətta buna görə Daxili İşlər Nazirliyinə ünvanlanan şikayətlərin sayında xeyli artım müşahidə olunub. Evakuasiya ilə bağlı cərimə meydançalarında sürücülərə qarşı kobud davranış, nəzərdə tutulandan artıq pul alınması, alınan pulun əvəzində hər hansı qəbz verilməməsi ilə əlaqədar şikayətlər üzündən DİN rəhbərliyinin göstərişi ilə evakuatorların fəaliyyəti dayandırılıb.

Ümumiyyətlə, evakuasiya işi ilə bağlı bir sıra yeniliklər gözlənilir. Məlumata görə, evakuasiya işinin yol polisindən tam alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin tabeçiliyinə verilməsi planlaşdırılır. Lakin İdarənin əməkdaşı Lətif Axundov saytımıza bildirib ki, belə bir söhbət yayılsa da, real görünmür.

Başqa bir məlumata görə, Bakıda evakuatorların avtomobilləri daşıdığı cərimə meydançalarının bəziləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin balansında olub. Son vaxtlar evakuasiya işi ilə bağlı şikayətlərin çoxluğuna görə həmin cərimə meydançalırı Bakı şəhər DYPİ-nin balansından çıxırılır. Bəzi cərimə meydançalarına isə evakuatorlarla maşın daşınması qadağan edilib. Bakıdakı bütün cərimə meydançalarının Baş Dövlət Yol Polisi İdarəsinin tabeçiliyinə veriləcəyi bildirilir. Məlumata görə, bundan sonra evakuatorların fəaliyyəti qismən bərpa olunsa belə, əvvəlki kimi qarışıqlıq olmayacaq.
Yol polisi isə Bakıda evakuatorların fəaliyyətinə son qoyulduğu barədə məlumatları təkzib edib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində evakuasiya avtomobillərinin fəaliyyətinə son qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. 

İdarədən APA-ya verilən xəbərə görə, qadağan olunan yerlərdə avtonəqliyyat vasitələrinin bundan sonra evakuasiya avtomobilləri ilə aparılmayacağı və ümumiyyətlə, yol polisinin balansında olan evakuasiya avtomobillərinin fəaliyyətinin dayandırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır.

Açıqlamada bildirilib ki, qadağan olunan yerlərdə avtomobil saxlayan şəxslər yol polisi tərəfindən cərimələnir və həmin avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar