İyulun 8-də Qaxda evdən çıxıb geri qayıtmayan 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılova tapılıb
Evdəkilərə heç bir məlumat vermədən uşaqları ilə birlikdə qaçan Aynurla Yeganə gəlin-baldız olub. Onların axtarışı nəticə verib.
PİA.AZ xəbər verir ki, Qax RPŞ-dən publika.az-a verilən məlumata görə, onlar Bakıda tapılıb və ailələrinə təhvil verilib.
Kənd sakinləri bildirib ki, bu müddət ərzində onlar Aynur İsmayılovanın bacısının evində qalıblar.
pia.az