Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əvəz Zeynallının səhhəti pisləşib


Hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhəti pisləşib


Bu haqda xural.com-a jurnalistin həyat yoldaşı Məlahət Zeynallı məlumat verib. Onun sözlərinə görə, Ə.Zeynallının səhhətindəki problemlər hələ həbsindən əvvəl də olub: “Ciddi müalicə götürməyə ehtiyacı vardı. Lakin qəzetin gündəlik nəşrə başlaması bunu yubadırdı. Həbsindən sonra da dəfələrlə müalicə üçün müraciətlərimiz oldu. Bakı İstintaq Təcridxanasında saxlanılarkən “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də onunla görüşdü və təcridxananın o vaxtkı rəhbəri Elxan Sadığova müraciət etdi. Ə. Zeynallını müayinə edəndən sonra o, bir müddət müalicə aldı. Həbsindən əvvəl 2 dəfə burnundan uğursuz əməliyyat olunub. Hazırda üçüncü əməliyyata ehtiyacı var. Düzü, orada əməliyyat aparılmasına da razı deyilik. Ona görə də nəfəs almasındakı problemlər olduğu kimi qalır. O cür şəraitdə bu problemi əsaslı olaraq, aradan qaldırmaq mümkün deyil. Nəfəs ala bilmir, beyninə oksigen getmir, ürək döyüntüləri artıb, qıcolmaları var. Sağlamlığındakı bu problemlər əsəb-sinir sisteminə də mənfi təsir göstərir. Artıq 4 ilə yaxındır ki, bu vəziyyətdədir. Nə edəcəyimizi bilmirik ”.
Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın iddia və şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən, Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiyyə edir.

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar