Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evsiz ailələrə xoş xəbər


Yaxın 2-3 ildə ölkədə "Sosial mənzil" fondu bərpa edilə bilər


Mənzil probleminin həlli üçü sosial evlərin tikilməsi təklif olunur.

Bu gün ailə quran gənclərin ən ciddi problemi evin olmamasıdır. Hətta buna görə bəzən illərlə nişanlı qalan, ayrılan cütlüklər də az olmur. Bu kimi halların baş verməməsi üçün Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü Musa Quliyev dünyada qəbul edilmiş “sosial evlər”in tikilib vətəndaşlara verilməsini təklif edir.

Onun sözlərinə görə, dövlət təşkilatlarına, komitələrə və yaxud şəxsi iş adamlarına dövlət tərəfindən güzəştlər verilə bilər ki, onlar da öz işçiləri üçün “sosial mənzillər” tikə bilsinlər.

Millət vəkilinin fikrincə, bu zaman mənzillərin qiyməti aşağı düşər və sahibkar uzun illərə işçisinə verə bilər. Həm vətəndaş ev sahibi olar, həm də sahibkar pul qazanar. Düzdür, hələ ki, bu təklif Milli Məclisdə səsləndirilməyib. Amma bunun həyata keçirilməsi gənc ailələrin mənzil probleminin həllinə yönəlmiş uğurlu addım olar.

Ekspert Ramin Osmanlının fikrincə, problemin həllində mənzil fondunun yaradılması da mühüm rol oynaya bilər. Onun sözlərinə görə, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində “sosial mənzil” anlayışı mövcuddur. Amma qanunun qəbulundan 5 il keçməsinə baxmayaraq “sosial mənzil” fondu anlayışı sosial kirayə formasında nəzərdə tutulub. Ekspert qanunun məhz bu hissəsində əlavə və dəyişiklik etməklə mənzil fondunun yaradılmasına ehtiyac olduğunu da dedi. 

Ramil Osmanlı bildirdi ki, evsiz gənclər üçün evlərin tikilib kirayə və uzun müddətli sosial kreditlərə verilməsi üçün büdcədən maliyyə ayrıla bilər. 

Ramil Osmanlı, həmçinin onu da qeyd etdi ki, “sosial mənzil” fondunun yaradılması ilə hansısa təbəqələşməyə və ya sturukturlaşmaya ehtiyac olmayacaq. Yaxın 2-3 ildə ölkədə bu fondu bərpa edib, mənzilləri tikib gənc, aztəminatlı və ehtiyacı olan ailələri mənzillə təmin etmək mümkündür. Təbii ki, bunlar təklifdir.(Ans Tv)

фото

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar