Bu gün Bakıda ağır yol qəzası olub
PİA.AZ xəbər verir ki, hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, qəza Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığında baş verib. Sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşısındakı "Subaru" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən yolun hərəkət hissəsindən çıxan "Subaru" markalı avtomobil yol kənarındakı 3 piyadanı vurub.
İlkin məlumata əsasən, piyadalardan birinin vəziyyəti ağırdır.
pia.az