Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynəklər haqda qanun hazırlandı


Milli Məclisdə eynəklər və linzalarla bağlı qanun layihəsi hazırlanıb


Bu barədə virtualaz.org saytına açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli bildirdi ki, Azərbaycan cəmiyyətində əhalinin yarısının bu və ya digər qismdə gözlüklərə ehtiyacı var və bu insanların yarısı eynək taxır.

Komitə sədrinin sözlərinə görə, eynəkdən istifadə edən xeyli sayda insan onlara fayda verəcək gözlük və linzalar ala bilmir: “Bu gün gözlüklər üçün istehsal olunan şüşələrin, satılan linzaların hazırlanması prosesinin ciddi şəkildə tənzimlənməsinə ehtiyac var. Praktika göstərir ki, insanlar üçün yazılan gözlük və linzaların əksəriyyətinin heç bir faydası yoxdur. Bunlar insanın görmə problemini aradan qaldırmamaqla yanaşı çox ciddi problemlərin, fəsadların yaranmasına səbəb olur”.

H.Rəcəblinin fikrincə, yaranan problemlərin aradan qaldırılması məqsədilə eynəklər üçün hazırlanan şüşələrin, linzaların satışı və istehsalı mütləq şəkildə tənzimlənməlidir.

Bu barədə ilk dəfə olaraq qanun layihəsi üzərində işlədiklərini deyən H.Rəcəbli layihənin hazırlanmasında dünya təcrübəsindən də faydalandıqlarını söylədi.

Layihənin adının “Gözə aid optik cihazlarla bağlı qanun” ola biləcəyini bildirən komitə sədri Milli Məclisin pleniar iclasında bu məsələni gündəmə çıxaracaqlarını da sözlərinə əlavə etdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar