Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əzəmətli görünmək maniyası



Türkiyədə ərəb əlifbası və osmanlıca dili məcburi olaraq məktəblərdə tədris olunacaq


 O cümlədən insan hüquqlarına aid fənn tədrisdən qaldırılıb. Yəni anlayacağınız qardaş ölkə addım-addım padşah dönəminə doğru irəliləyir. 

Məlumat üçün onu deyim ki, osmanlıca deyilən dil türk, ərəb, fars sözlərinin qarışmasından ibarətdir və keçmişdə saray elitası istisna olmaqla türklər tərəfindən gündəlik danışıqda istifadə olunmayıb. Yəni təxminən  Molla Nəsrəddin jurnalındakı "Ana dili" felyotununda təsvir olunan "Əxəvizadə, neçə müddətdir müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah, zati-alinizin məzacı-mübarəkləri salimdir" tipli cümlələri olan bir dildir. İşlədildiyi dövrdə yalnızca ərəb və fars dillərini yaxşı bilən insanlar tərəfindən başa düşülürmüş. 

İndi osmanlıcanı öyrənmək arxiv sənədlərinin araşdırılmasından başqa heç bir yerdə işə yaramaz. Bu dili öyrənmək hansısa türkə bundan artıq nəsə bir şey qazandırmayacaq. İndi ümumi tədrisə verilən osmanlıca yalnızca ölkə tarixini araşdırmaqla məşğul olan tarixçilər üçün önəmlidir. 

Qalstuklu mollalardan ibarət olan türk höküməti arada bir belə işlər görərək o boyda ölkəni gülüş səbəbinə çevirir. Türkiyənin tarix boyunca qazandığı ən dəyərli sərvətlərindən biri Atatürk inqilablarıdır. Adamlar isə bu inqilabların ləğv olunmasına yönəlik addımları hissə-hissə həyata keçirməyə davam edirlər. Hara gedirlər, nəyə gedirlər, yolun sonunda ölkənin taleyi necə olacaq, heç kəs bilmir. 
Məqsədim isti yerdə oturub Türkiyə hökümətini tənqid eləmək deyil. Özləri bilərlər, hər halda məlum məsələdir ki, o hökuməti bizdən fərqli olaraq Türkiyə vətəndaşları özləri seçir, özləri formalaşdırırlar. Haqqında danışmaq istədiyim məsələ şərq xalqlarının beyninə hopmuş keçmiş əzəməti qaytarmaq istəyi ilə bağlıdır. 

Yəni tamam, bildik, gəmilər quru yolla boğazdan keçirildi, üç qitədə hökmranlıq, neçə yüzillər dünyadakı ən böyük güc, bəs sonra? Bu cür tarixi nailiyyətlər, dünyaya hökmranlıq etmiş keçmiş imperiyanın varisi olmaq vətəndaşa nə verir? Ərəb əlifbasının tədrisinin məcburi edilməsi o əzəməti geri qaytaracaq? Və yaxud əzəmətli görünmək bu dərəcədə vacibdir? 
Adamlar neçə illərdir oğurlayır, soyur, talayırlar. Bunu heç bir çətinlik çəkmədən eləyirlər, çünki millətin damarını yaxşı tuta bilirlər. Reinkarnasiyaya inanan insana gələcəyi göstərən kimi, bunlar da keçmişi göstərib insanları onunla ovundururlar. "Sən böyük imperiyanın varisisən, xırda məsələlər haqqında düşünməməlisən" şəklində. 

Sultan Süleymanın fransız kralına yazdığı bir məktub var, Ərdoğan Fransa ilə münasibəti pozulanda ortaya çıxarıb oxumuşdu. Orda sultan sözünə sahib olduğu ölkələrin adını sayaraq başlayır, mən Anadolunun, Ərəbistanın, Kürdistanın, Azərbaycanın və bir neçə vilayətin adını çəkir və "Sən ki, Fransa ölkəsinin sahibi Fransuasan" deyə davam edir. İnsafla günümüzdə o ölkələrin hamısını üst-üstə qoysan Fransa daha ağır gələr. Bu ölkələrdə yaşayan insanlara Fransada yaşamaq təklif olunsa, heç şübhə etmirəm ki, əksəriyyət oraları tərk edərək Fransaya köçər. Çünki qərb ölkələrində hər hansı bir şeyin, o cümlədən torpağın, insanın dəyəri çox bahadır. 

Bundan başqa, o fransız kralın tikdiyi kollec bu gün dünyanın ən böyük araşdırma mərkəzlərindən biridir. Türk professor Celal Şengör demişkən, "bizimkinin hangi kurumu ayakta kaldı, hangi kurumunun insanlığa beş paralık bir faydası oldu?"
Bəzən qısamüddətlik bir tarix bir xalqın bütöv bir tarixindən daha dəyərli olur. Bizim ADR zamanındakı 23 ayımızı tərəzinin bir gözünə qoysaq Eldənizlərdən tutmuş Səfəvilərə qədərki zamandan daha ağır gələr. O cümlədən Atatürkün Türkiyə üçün həyata keçirdiyi inqilablar fəthlərdən daha ağırdır. Millət fəth etdiyi ərazilərlə deyil, elm və təhsillə yüksəlməli, buna doğru can atmalıdır. Qalan bütün yalançı öyünmələr hamısı boş şeydir, hansısa fırıldaqçının əlində istismar üçün bir alətdir. Yazımı Hüseyn Cavidin məşhur şeiri ilə bitirmək istəyirəm. 

Türk ordusu daim basaraq ölkələr almış, 
Ən sonra siyasətdə basılmış da bunalmış. 
İdrakı sönük başçıların qəfləti ancaq 
Etmiş, edəcək milləti həp əldə oyuncaq. 
Turana qılıcdan daha kəskin ulu qüvvət, 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar