Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FED rəhbəri ilin sonunadək uçot dərəcəsinin artırılacağını istisna etməyib

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellen Konqresdə çıxışı zamanı uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib


PİA.AZ saytı xəbər verir ki, “APA”nın məlumatına görə, konqresmenlərin müvafiq sualına cavab verərkən C. Yellen qeyd edib ki, bu il ay ərzində orta hesabla 180 min yeni iş yeri yaradılır, lakin işsizliyin səviyyəsi lazımi templərlə azalmır. 

“Yəqin ki, mövcud durumda planlaşdırılandan daha az stimullaşdırıcı tədbirlərin görüləcək. Lakin bu addımın bu il atılacağı da istisna deyil. Bizim faiz artımı ilə bağlı sərt qrafikimiz yoxdur”, - deyə o bildirib.

O əlavə edib ki, ABŞ bankları sürətlə bərpa olunur: “2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra bankların kapitalı ikiqat artıb və hazırda bu göstərici 800 milyard dollara çatıb”.

Bununla yanaşı, FED rəhbəri deyib ki, Uoll-stritin likvid aktivləri 5 il ərzində 1 trilyon dollardan çox artıb.

C. Yellen onu da bildirib ki, ABŞ bankları üçün nəzərdə tutulan stress-testləri yumşaltmaq niyyətindədir. Burada iri, sistem əhəmiyyətli banklar istisna təşkil edəcək.

Qeyd edək ki, C. Yellenin çıxışından sonra dollar bahalaşmaqdadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar