Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FES-dən gözlənti- makroiqtisadi fəsadlar ola bilər...


Ekspertlərin fikrincə, inflyasiya aşağı olsa da, müəyyən zaman ərzində 2 faizə yüksələcəyi proqnozlaşdırılır..


ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artıracağı yenidən müzakirə edilməkdədir. FES-in rəhbər müavini Stenli Fişer ABŞ-da makroiqtisadi göstəricilərin yüksəlməyə davam etdiyini qeyd edərək tənzimləyicinin 2016-cı il başa çatmamış faiz artımına doğru irəlilədiyinə işarə vurub. 

Bu barədə S.Fişer Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik toplantısı çərçivəsində Vaşinqtonda keçirilən 31-ci beynəlxalq bankçılıq konfransında bildirib.

Onun sözlərinə görə, ötən həftə məşğulluqla bağlı açıqlanan rəqəmlər yüksək olub və artımın davam edəcəyini qeyd edib: “İşsizliyin faiz göstəricisi uzun müddət davam edəcək normal səviyyəyə yaxınlaşır. İnflyasiya da FES-in 2 faizlik hədəfinə doğru yaxınlaşır”.  FES rəsmisi əlavə edib ki, iqtisadi göstəricilərlə bağlı müsbət fikirlərə baxmayaraq sentyabrda faiz dərəcələrinin artırılmamasına son anda qərar verilib. “Faiz dərəcələrinin sabit saxlanması iqtisadiyyata etibarsızlıqdan irəli gəlməyib. Məşğulluq göstəriciləri yüksəlməyə davam edir və biz bunun davam edəcəyini gözləyirik. İnflyasiya aşağı olsa da müəyyən zaman ərzində 2 faizə yüksələcəyini proqnozlaşdırırıq”, - deyə S.Fişer qeyd edib.

Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra FES tərəfindən faiz dərəcəsinin artırılacağı ehtimalı böyükdür: “Əslində bir sıra ekspertlər bu qərarın sentyabrda qəbul ediləcəyini bildirirdi. FES tərəfindən sentyabr ayında faiz dərəcəsinin artırılmamasının əsas səbəbləri  fikrimcə, Amerika iqtisadiyyatında böhrandan sonrakı artımla bağlı vəziyyətin kifayət qədər dayanıqlı olmaması, o cümlədən bu ölkədə əmək bazarındakı, məşğulluq sahəsindəki durumun, işgüzar fəallıqla bağlı vəziyyətin lazımi səviyyədə stabilləşməməsidir. O cümlədən son dövrdə müşahidə olunan  dolların möhkəmlənməsi ucbatından ölkənin ixrac sektorunun vəziyyətinin problemlərlə üzləşməsi, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının aktuallaşmasının mümkün  fəsadları, həmçinin ölkədə yaxınlaşan prezident seçkiləri ilə bağlı səbəblər var. Nəzərə almaq lazımdır ki, FES dünyanın ən böyük iqtisadiyyatına malik olan dövlətin pul siyasətini tənzimləyən qurumdur və onun qəbul etdiyi qərarlar çox ciddi kompleksli və sistemli analitik təhlil bazasına əsaslanır. Eyni zamanda, Amerika iqtisadiyyatında iqtisadi artımla bağlı pozitiv dinamikanın mövcudluğu artıq FES tərəfindən pul siyasətinin  bir qədər sərtləşdirilməsinə hazırlaşması üçün əsas verir.Yaxın aylarda faiz artımının baş verəcəyi ehtimalı yüksəkdir. Ümumiyyətlə, müasir makroiqtisadi sistemlər o dərəcədə mürəkkəbdir ki, bu müstəvidə ideal qərarlar olmur və hər bir qərarın hansısa iqtisadi göstəricilərə müsbət, digərlərinə isə mənfi təsiri mümkündür. Qeyd etmək lazımdır ki, faiz dərəcəsinin artırılması ilə bağlı qərarın istər indiki vəziyyətdə, istərsə də bir müddət sonra qəbul olunması da müəyyən mənfi  makroiqtisadi fəsadlarla nəticələnəcəyi gözləniləndir. Buna görə də bu məsələlərdə qəbul ediləcək hansı qərarın daha optimal, daha az mənfi fəsadlarla nəticələnə biləcəyi əsas tutulmalıdır”. 

Ekspertin sözlərinə görə, FES-in hazırkı rəhbərliyinin çox savadlı şəkildə həyata keçirdiyi makroiqtisadi strateji menecment Amerika iqtisadiyyatının qlobal iqtisadi böhrandan nisbətən az itkilərlə çıxmasının əsas səbəblərindəndir: “Belə ki, FES rəhbərliyinə edilən bir çox təzyiqlərə rəğmən, bu qurum xeyli müddət ərzində monetar siyasətin sərtləşdirilməsinə getmədi, iqtisadiyyatın canlanmasına, işgüzar aktivliyin  artmasına, ölkə iqtisadiyyatının real sektorunun inkişafında müsbət dinamikaya, ölkədə iqtisadi artıma nail oldu. Bu baxımdan, FES-in hazırkı rəhbərliyinin həyata keçirdiyi  antiböhran siyasəti düşünürəm ki, bir çox ölkələrin puı siyasətini tənzimləyən qurumlar üçün örnək olmalıdır. O ki qaldı yaxın gələcəkdə faizlərin artırılması məsələsinə, nəzərə almaq lazımdır ki, FES ABŞ-ın pul siyasətini müəyyənləşdirən qurumdur və onun başlıca vəzifəsi məhz ABŞ iqtisadiyyatının inkişafına xidmət edən monetar siyasətin həyata keçirilməsindən ibarətdir. ABŞ iqtisadiyyatı üçün isə stabilləşmə və iqtisadi artım fonunda faizlərin gələcəkdə bir qədər artırılması faydalıdır. Bu qərarın digər ölkələrin iqtisadiyyatına təsirinə gəldikdə, qeyd etmək lazımdır ki, ilk növbədə kapitalların çəkilməsi kimi amillərin artacağına görə inkişaf etməkdə olan iqtisadi sistemlərə, eyni zamanda dollara tələbatı böyük olan ölkələrə bu qərarın təsiri mənfi olacaq. Bu baxımdan, Azərbaycan iqtisadiyyatı üçün də FES tərəfindən faizlərin artırılması qərarı arzuolunmazdır. Bununla belə, hesab edirəm ki, ölkə iqtisadiyyatının beynəlxalq maliyyə sistemlərinə inteqrasiyasının həcminin aşağı səviyyədə  olmasını nəzərə alaraq, bu qərarın Azərbaycan iqtisadiyyatına təsiri əsasən bilavasitə deyil, dolayısı, ilk növbədə qlobal miqyasda dolların möhkəmlənməsinin neft qiymətlərinin artımına müəyyən dərəcədə mane olması aspektində mövcud olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar