Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FES-in dekabrda faizləri artırmaq ehtimalı 71%-ə yüksəlib


Bu dəfəki fazi artırımını maliyyə bazarlarına təsiri az olacaq


ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcələrinin artırmaq ehtimalı oktyabrın 24-də 71% təşkil edib.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, faizlərin artırılma ehtimalı keçən həftənin cümə günü, yəni oktyabrın 21-də 68%-ə bərabər olub. FES-in uçot dərəcələrinin artırmaq ehtimalının güclənməsinə səbəb kimi ABŞ iqtisadiyyatındakı göstəricilərin yaxşılaşması və FES idarə heyəti üzvlərinin müsbət açıqlamaları göstərilib. Belə ki, dünən açıqlanan ABŞ istehsal sektoru işgüzar aktivlik indeksi, proqnozlanan 51,5 bənd əvəzinə 53,2 bənd təşkil edib.

Bundan başqa, Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında səsvermə haqqına sahib olan FES üzvü St. Louis ştatı FES rəhbəri Ceyms Bullard(James Bullard) bildirib ki, uçot dərəcələrinin artırılması üçün ən uyğun zaman dekabr iclasıdır. Çikaqo ştatı FES rəhbəri Çarlz Evansa(Charles Evans) görə isə 2017-ci ilin sonuna qədər FES 3 dəfə faiz artırmalıdır.

“Report”un analitik qrupu FES-in dekabrda uçot dərəcələrinin artırmaq ehtimalının qlobal maliyyə bazarlarında getdikcə öz əksini tapmağa başladığını bildirir. Belə ki, dolların məzənnəsi oktyabr ayı ərzində digər valyutalarla müqayisədə 5%-ə yaxın möhkəmlənib. Uçot dərəcələrinin artırılması ehtimalının güclənməsi əmtəə qiymətlərinə də öz mənfi təsirini göstərib. Qızıl və digər metalların qiyməti azalıb, neftin qiyməti isə Vyana sammitinin nəticələrinin məlum olmaması səbəbindən 50 dollar/barel səviyyəsindən yuxarıda sabit qalıb. Fond birjası indeksləri də hələlik yüksək səviyyələrdə yerləşib. Fond birjası indekslərinin yaxın zamanlarda bir qədər geriləməsi proqnozlaşdırılır.

Ümumiyyətlə, FES-in dekabr ayında uçot dərəcələrini artırması maliyyə bazarları üçün keçən ilin dekabr ayında baş tutan faiz artırımı qədər çətin olmayacağı gözlənilir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar