Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FETÖ Taleh Ziyadovu necə qoruyur? - Ziddiyətlər


Bir müddət əvvəl "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru baş direktoru Taleh Ziyadovun ABŞ-ın tanınmış Forbes jurnalına müsahibəsi ilə bağlı Azərbaycan mətbuatında xəbər yayıldı


Qeyd edək ki, həmin məlumat "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Azərbaycan mətbuatına ötürülmüşdü. 

Forbes jurnalına müsahibəsində Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanla yanaşı region ölkələrinin iqtisadiyyatına verəcəyi tövhədən danışıb: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təkcə Azərbaycanın qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatının şaxələndirilməsinə deyil, bütün regionun transformasiyasına töhfə verəcək. 

Onun sözlərinə görə, limanın yerləşdiyi Ələt qəsəbəsi 10-20 ildən sonra Bakının Cəbəl Əlisi (BƏƏ-dəki Azad Ticarət Zonası-ATZ) olacaq: "Hazırda şəhərdə 10-12 min insan yaşayır, lakin tam aydındır ki, liman ətrafında qurulacaq ATZ ilə burada çox sayda iş yerləri, yeni evlər, yeni bizneslər yaradılacaq, ATZ-nin təsir etdiyi digər müsbət proseslər cərayan edəcək. Bu da Ələti Bakı şəhərinin sputnik şəhərinə çevirilməklə yanaşı Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına transformasiya edəcək”, - deyə T. Ziyadov bildirib.

Xəbərdə həmçinin qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2020-ci ildə 1 mln. konteynerin və 25 mln. ton yükün aşırılması potensialında olacağı proqnozlaşdırılır. 

Forbes jurnalına müsahibə- pozitiv məqamlar 

 FETÖ Taleh Ziyadovu necə qoruyur?-ZİDDİYƏTLƏR

Göründüyü kimi, Taleh Ziyadovun Forbes jurnalına verdiyi müsahibədə olduqca pozitiv məqamlar yer alıb. Bu pozitiv məqamlardan Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı real vəziyyətdən ancaq məlumatsız olan vətəndaşlarımız qururlana bilərdilər. Belə ki, Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaratdığı vəziyyətlə müsahibəsində dedikləri arasında xeyli ziddiyətlər var. Belə ki, elə son 2-3 ayda Azərbaycan mətbuatı davamlı olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETO şəbəkəsi ilə bağlı olmayan iş adamları və limanın əməkdaşları üçün yaradılmış dözülməz vəziyyətlə bağlı həyəcan siqnalı çalır. Və Taleh Ziyadov başda olmaqla liman rəhbərliyinin terrorçu Fətullah Gülən şəbəkəsi ilə sıx bağlılığını ifşa edirlər. Azərbaycan mediasında tirajlanan bu xəbərlərin fonunda Taleh Ziyadovun Forbes jurnalına müsahibəsi qaranlıq mətləblərdən xəbər verirdi ki, əldə etdiyimiz məlumatlar da bunu təsdiq etdi. Belə ki, araşdırmalarımız zamanı əldə etdiyimiz ilginc məlumatlarda da Taleh Ziyadovun məşhur jurnala müsahibə verməsinin arxasında məkrli niyyətlərin durduğunu göstərmiş oldu. Aztoday.az-a daxil olan məlumatda deyilir ki, Taleh Ziyadovun FETO terror şəbəkəsi ilə əlaqələrinin ifşa olunmasından Gülən şəbəkəsi ciddi narahatçılıq keçirib. Və ABŞ-da təhsil alan kadrlarının vurulacağının qarşısını almaq üçün hərəkətə keçib. Məlum ifşaedici yazılardan sonra ABŞ-da güclü olan FETO Taleh Ziyadovun məşhur jurnala müsahibəsini təşkil etməklə əslən Naxçıvanlı olan kadrının hakimiyyətin yüksək dairəsində xal qazanmasına çalışıblar. İnsaf naminə qeyd etməliyik ki, FETO şəbəkəsinin məlum həmləsi çox uğurlu da alındı. Belə ki, dünya bazarında neftin kəskin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatında böhran müşahidə olunur. Belə bir vəziyyətdə hökümətin heç bir üzvünün Taleh Ziyadov qədər siyasi və iqtisadi çevrəni rahatlayacaq rasonal açıqlaması olmamışdı. Nəzərə alsaq ki, dünyada siyasi və iqtisadi çevrədə də tanınmış olan Forbes jurnalına müsahibə vermək Taleh Ziyadovun aktivinə yazılmalıdır.

25 milyon ton yük-mümkün olmayan reallıq
 
Bununla belə Taleh Ziyadovun məlum müsahibəsində səsləndirdiyi proqnozların reallaşması real deyil. Belə ki, Beynəlxalq Dəniz Ticarət Limanının 2020-ci ildə 25 milyon ton yükün aşırılması və həmin yüklərin Azərbaycan dəmir yolları ilə daşınacağını ancaq arzu edə bilərik. Bunun reallaşması ehtimalı çox zəifdir. Yeri gəlmişkən ildə 25 milyon ton yükün Azərbaycan üzərindən daşınacağını ilk dəfə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov səsləndirmişdi. Həmin zaman iqtisadçı ekspertlər dünya iqtisadiyyatındakı siyasi və iqtisadi meylləri nəzərə almaqla bunun reallaşmasının mümkün olmadığını subuta yetirmişdilər. Onların əsas arqumenti isə o idi ki, Qədim İpək Yolunun tam potensialı ilə işləməsində hətta Çin belə maraqlı deyil. Çünki Çin başda olmaq Asiya nəhəngləri bu layihəyə ən pis variant kimi baxırlar... (Bu istiqamətdə yaxın günlərdə geniş yazımız olacaq).

Gülən şəbəkəsinin yeni planları-ifşa olunan üzvlərin sıradan çıxarılması

 

Bu arada qeyd edək ki, Türkiyədəki məlum uğursuz çevriliş cəhdindən sonra qardaş ölkədə və Azərbaycanda Gülən şəbəsəkəsinin sıradan çıxarılması istiqamətində ciddi işlər görülməyə başlanılıb. Təşkilatlanma və məxfl fəaliyyəti ilə az qala dünyanın ən güclü kəşfiyyat servisləri ilə rəqabət apara biləcək Gülən şəbəkəsi mövcüd konyukturada taktikinı dəyişməyə başladı. Və ifşa olunan üzvlərini sıradan çıxarılmasına göz yummaqla əsas adamlarını gizli saxlayıb, onların xidmətlərindən gələcəkdə istifadə etmək planları üzərində işləməyə başladılar. Elə son günlər adı FETO ilə hallanan Taleh Ziyadovun müşaviri İlham Mehrəliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanından uzaqlaşdırılması Gülən şəbəkəsinin yeni planlarından xəbər verirdi. Məlum müsahibə ilə Gülən şəbəkəsi Xəzər Azad İqtisadi Zonanı nəzarətə götürmək planından həyata keçirilməsində israrlı olduqlarını göstərdilər. Bu planın isə əsas məqsədi Taleh Ziyadovun vasitəsi ilə FETO ilə bağlı iş adamlarına əlverişli şərait yaratmaqdır....

Mənbə: Miq.az
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar