Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN əhaliyə müraciət etdi - Odla ehtiyatlı davranın!


Fövqəladə Hallar Nazirliyi son günlər ərzində respublika ərazisində baş verən yanğınlarla əlaqədar əhaliyə müraciət edib


Nazirlikdən Azvision.az - a daxil olan müraciətdə bildirilir ki, son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarıb:

"Yuxarıda qeyd olunanları, həmçinin, yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir".

Nazirlik əhalinin nəzərinə çatdırır ki, yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin “112” qaynar xəttinə zəng vursunlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar