Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları qadağan olunmuş əraziyə qanunsuz daxil olan şəxsi yaxalayıb
PİA.AZ FHN-in saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər Yevlax şəhəri, Varvara su anbarının qadağan olunmuş ərazisinə rezin qayıqla daxil olub. Dərhal FHN-in müvafiq mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər.
pia.az