Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Facebookda yazıçı olmaq


Cavidan yazır


Bir dəfə amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Sinkler Lyuis ədəbiyyat məşğələsinə yığışan tələbələrə belə bir sual verir:
 
- Nə dərəcədə ciddisiniz yazıçı olmaq qərarınızda?
 
 - Əlbəttə, ciddiyik, çox ciddiyik! - deyirlər tələbələr.
 
 - O zaman sizin hamınız nə üçün buradasınız axı? Nə üçün evlərinizdə deyilsiniz və yazmırsınız, lənət şeytana?! – deyə, bağırır Sinkler Lyuis.
 
Bizim hələ ki, bütün dünyada tanınan və oxunan, əsərləri çıxar-çıxmaz nəhəng oxucu ordusu tərəfindən alınan, bir sözlə, sözün həqiqi mənasında sözü keçən yazıçımız yoxdur.
Bu potensialı özündə daşıyıb, bu sadaladığım cəhətlərə layiqli olanlar varsa da, yoxsa da, onları da tanımırıq, tanıyanda da görməzdən gəlirik, ədəbi-mental adətlərimizdəndir çünki.
 
Və bu cür yazıçımız yoxdur deyə, bu cür ədəbiyyat məşğələləri də yoxdur.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi açıldığı zaman daş atıb başını tutan və gah aşkar, gah örtülü buna qarşı çıxışlar edən yazarlarımız daha dəqiq bilərlər, o fakültədə dünya üçün yazıçı hazırlanır yoxsa yox.
Məlumatlı olmadığım və dərslərdə iştirak etmədiyim üçün deyə bilmərəm, həmin fakültənin müəllimləri olan ölkə yazarları ilə həmin fakültənin tələbələri olan gələcək yazarları ədəbiyyatda olmağın hansı mərhələsi birləşdirir.
Bir-birini tanımaq üçün qarşılıqlı əsər oxudub fakir bildirməklərmi?
Bir-birinə dünyanın indiyə qədərki və indiki ədəbi proseslərindən məlumatlı olmağı nümayiş etdirməkmi?
Bir-birinə öyrətməkmi?
Bir-birindən öyrənməkmi?
Bir-birini dərslərdən qovub, yazı yazmağa göndərməkmi?
 
BSU-nun Yaradıcılıq fakültəsi barəsində deyil bu yazım.
Elə olsa idi, mütləq müəllimlərdən və tələbələrdən fikirlərini soruşardım, qeydlərimi sizlərə də çatdırardım.
Yazım, günün 24 saatını facebookda statuslar paylaşıb, yazıçılıq edənlər barəsindədir.
Özüm də daxil, hər gün ən qiymətli sərvətimiz olan vaxtımızı bu sosial şəbəkədə mərdi-mərdanə, hamının gözləri qarşısında öldürməkdən nə xəcalət çəkirik, nə də vicdan əziyyəti.
 
Əksəriyyətimiz də iş saatları vaxtı dolaşırıq facebookda.
Müdirlərimiz, redaktorlarımız üzlərini o yana çevirən kimi facebooku açıb, bildirişləri, yenilikləri, məktubları gözlərimizə təpməyə başlayırıq.
İnsafən, müdirlərimiz və redaktorlarımız da “o yan”da elə facebooka girirlər, deyə özümüzü sakitləşdirməyə haqqımız da var.
Amma…
Özümüzə yazıçı deməyə çatmır haqqımız, bu faktdır.
Yazıçı – yalnız yazdığı zaman, işinin gedişatı prosesində yazıçıdır.
Bir də əsəri oxucunun gözlərinin qarşısında çırıl-çılpaq olan məqamlarda.
Başqa vaxtların hamısında ətli-sümüklü, vergi ödəyən, yemək-içmək, yatmaq, sevmək –sevilmək, üşümək-isinmək kimi ən normal cəhətləri özündə daşıyan insanlarıq, o qədər.
Ya da qısaca – facebook istifadəçiləriyik.
Yediyini, içdiyini, sevgisini, oyuğunu-istisini hamıyla, hər kəslə anındaca bölüşməyə alışan və bu alışqanlığını tərgitməyi düşünməyən psevdoyazıçılar.
Birdən sıravi bir facebook istifadəçisi bizə məktub yaza, hal-əhval ya fakir soruşa, ilahi, özümüzü həmən dağ başına qoyarıq, yazıçı kimi cavab verməyə çalışarıq, yazıçı kimi boylanarıq şəxsi ismarış qutusunun pəncərəsidən, gözlərimizi ağır mənalarla yükləyərək, sözlərimizə təkəbbür bükərək, özümüzü Tolstoy, Dostoyüvski, Markes, ölən yerdə Murakami ya Kafka hiss edərək.
Əminəm, çoxlarımızın çənəsi belə yuxarı dartılır, qalstuku ya qızıl boyunbağısı sıxılır boynunda.
Ehh…
Bir adam da çıxıb bizdən uca səslə soruşmur ki:
- Nə dərəcədə ciddisiniz yazıçı olmaq qərarınızda?
- Əlbəttə, ciddiyik, çox ciddiyik! – deyək bəlkə.
- O zaman sizin hamınız nə üçün buradasınız axı? Nə üçün siz evlərinizdə deyilsiniz və yazmırsınız, lənət şeytana?! – deyə bağırsın o da, bağırsın!
Bağırmağa haqqı olsun həm də… (lent.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar