Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fahişə qadın, sahibsiz it və yurdsuz adam...


Gedəcəyi ünvanı belə tanımırdı. Amma ayaqları onu harasa aparırdı. Bədənsiz ruh kimi uçmaq istəyirdi. Təki bədəninə bu gün toxunan kişi tərlərini külək aparsın; kişi adından, hərəkətindən; canı qurtarsın.


İlk dəfə ona toxunan kişini yadına salanda,o zaman necə sevindiyini, küçələrə atılanda "kişi”- sözünə necə nifrət etdiyini , nifrət edə-edə kişilərə xidmət etmək məcburiyyətini yadına salanda daha sürətlə addımlayırdı. Amma arada addımlarını ləngidir, yolun sonuna tez çatmamağa çalışırdı. Yol bitən kimi başına gələn fəlakətlərlə, kişi qoxularının bir-birinə qarışacağını yadına salıb bəzən sürünmək belə istəyəcəkdi. Hər axşam "iş” qurtarandan sonra evə getmək onun üçün ən ağrılı işə çevrilirdi. Balaca körpəsini qucaqlayıb öpmək istəsə də, bunu etmək istəməyib, ilk "ana”-sözünü eşidən kimi onu qucaqlayıb var gücü ilə öpdüyünü yadına salırdı. Onu kişilər eyişarətdən necə öpüb, dişlək-dişlək edirdilərsə, o da övladını sevgidən o cür öpürdü. Körpəsi onda gülürdü, özü isə o öpüşlərin altında hər şeyin tez bitməsini istəyirdi. Bəzən isə körpəsini gündə üç dəfə çimizdirirdi. Elə bilirdi ki, körpəsində də körpə qoxusu ilə, özünün yatdığı kişilərin iyi bir-birinə qatışıb. Ayaqlarında taqət qalmamışdı,amma getməliydi və gedirdi. Harda qaranlıq,insan görünməyən sahibsiz küçələr var idisə ora ilə gedirdi. Elə bilirdi bu sahibsiz yollar onu hansısa xoşbəxtliyə aparır. 

** 

Kürəyinə dəyən sonuncu kötək ağrısından zingildiyə-zingildiyə zorla gedirdi. Zibillikdə eşələnib yeməyə nə isə axtarmağa deyəsən utanırdı. Alabaş zarafat deyil, iki il sahibinin sevimlisi olmuşdu, sahibinin yediyi,ağzının seliyi yapışdığı ət parçalarını həmişə elə iştahla yeyirdi ki, sahibi iştaha gəlib növbəti tikəni çeynəyib onun üstünə atırdı. O zamana qədər ki, sahibi hansısa ölkədən yeni it gətirməmişdi. Yeni gələn ev "sahibi” it kimi yox, meymun kimi hoppanıb-düşəndən zəhmli Alabaş ev yiyəsinin düşməninə çevrilmişdi. Sahibi sanki yeni itinin meymunluğunu sevələdikcə, Alabaşın ondan və yeni itindən zəhmli, hökmlü, etibarlı olduğunu görüb utanır və buna görə ondan intiqam almaq istəyirdi. Sonuncu dəfə meymunsifət küçük Alabaşın qulağını dişləyəndə o bircə dəfə dişlərini qıcayıb başını yuxarı qaldırıb hər ikisinə diqqətlə baxmışdı və kürəyinə xidmətçinin verdğu kötək zərbəsindən sonra yola atılmışdı. Alabaş bəlkədə saatlar idi ki, küçədə gəzirdi və başını qaldıranda sahibinin evinin qabağında durduğunu görüb quyruğunu oynatdı və birdən yerində donmuş kimi sakitcə dayandı və fənərləri qırılmış qaranlıq küçə boyu yavaş-yavaş addımlamağa başladı. 

** 

Yay fəslindən zəhləm gedir. Çünki illərdi ki, dostları hər yay doğulduqları rayona,kəndə yola salıram. Yola salma mərasimi adətən yeyib-içməklə başlayır. Dəmiryol vağzalının yanındakı "Pivunuşkada” məclis qururuq və yola salmaq üzrə deyəsən bacarıqlı olduğum üçün sağlıqlarıda mən deyirəm. Yoldan başlayıb, ocağa qədər, ocaqdan başlayıb Allahında ocaqsevər olmasına qədər cürəbəcürə sağlıqlar deyər, dostları haləhli halına salıb yola salıram. Nədənsə axır sağlıqlarda mənim doğulduğum,soyum yaşayan ocağımın hər zaman işıqlı olması sağlığına içirlər. Və dərhalda sual verilir:”Dədə, sən nə vaxt çıxırsan kəndinizə?”. Mənsə suala öyrəşmiş kimi nəşəli halda "bir iki günə kənddəyəm”- deyirəm. Beləcə vidalaşırıq. Həmin gecə yuxuda Qasım babam, məni gülə-gülə kəndin girəcəyində gözləyir, Dursun nənəm təndirə od salır. Yuxudan isə təndirin istisindən yox, Bakının tərli istisindən öz zarıltıma oyanıb bir-neçə saniyyə çaşqın halda ətrafa baxıram. Və evdən tələm-tələsik çıxıb piyada xeyli gəzişir, "bir-iki günə”-sözlərimi yadıma salıb addımlarımı daha ütələk atıram. Sevdiyim bir bağdakı bütün sahibsiz yolları, cığırları gəzirəm. Axı bütün sahibsiz yollar kəndimizə gedir.

Eldəniz ELGÜN


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Hazırda Qarabağ döyüş bölgəsi deyil” - Spiker özündən əvvəlkilərin səhvini təkrarlayır

Ən çox oxunanalar