Fazil Məmmədov referenduma niyə getmədi? - "Səhhəti qaydasındadır"
Xəbər verdiyimiz kimi, Vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar dünən keçirilən referendumda səsvermə məntəqəsinə gedə bilməyib.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Qafqazinfo"ya bildirilib ki, Fazil Məmmədov hazırda iş başındadır. Şöbədən əlavə edilib ki, nazirin səhhəti qaydasındadır.
Xatırladaq ki, report.az-ın yaydığı xəbərə görə, səs vermək üçün 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.
pia.az