Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafadan Azərbaycanla bağlı önəmli xəbərdarlıq


Fazil Mustafa: “ABŞ-la da, Avropa Birliyi ilə də qırıcı üslubdan uzaq durmalıyıq, çünki bu fırtınada təhlükə yaranarsa, heç Rusiyanın xilasediciləri də köməyimizə gəlməyəcək”


Deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Avropa Parlamentinin (AP) bir illik gərginlikdən sonra Azərbaycanla münasibətləri normallaşdırmaqla bağlı atdığı addımları, Bakıya böyük bir nümayəndə heyətini göndərməsini şərh edərkən bildirib ki, AP-nin Azərbaycana önəm verməsi səbəbsiz deyil.

O, musavat.com-a açıqlamasında vurğulayıb ki, Avropa məkanında hazırda hər kəsi düşündürən əsas məsələ ayrı-ayrı ölkələrdəki sabitlik faktorudur və bu baxımdan Azərbaycan daha cəlbedici ölkə kimi qəbul olunur: “Həm də enerji layihələrində daha yaxşı alternativlər tapmaq ideyaları o qədər də uğur qazanmadı və Azərbaycanla əməkdaşlığın əhəmiyyəti artmış oldu. Sadəcə, bu qurumun Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ məsələsinə dəqiq və aydın münasibətinin olmaması əlaqələrin dərinləşmə ehtimalını xeyli azaldır. Bütün hallarda münasibətlərin inkişafı hər iki tərəfin faydasınadır və hər iki tərəf də bunun fərqindədir”.

F.Mustafa AP-nın münasibətləri bərpa etmək qərarı ilə eyni zamanda Venesiya Komissiyasının Azərbaycanla bağlı neqativ mövqedən çıxış etməsi, referendum qərarına mənfi rəy verməsi arasında əlaqə görmədiyini də vurğuladı: “Bu qurumlar bir-biri ilə əlaqəli olsa da, Avropa İttifaqının maraqları Azərbaycanda referendum və ya seçki məsələlərinə indeksli deyil. Avropa Birliyini hazırda narahat edən məsələ enerji təchizatında Rusiyadan asılılıqdan necə qurtumaqdır. Bu baxımdan da həmin rəyin münasibətlərin məcrasını dəyişəcək qədər təsirli olacağını düşünmürəm”.

Diqqətçəkən odur ki, bir müddət əvvəl ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi. Belə müzakirələrlə bağlı həm iqtidar, həm də müxalifət təmsilçilərinin fərqli mövqeyi var. İndiki dönəmdə Azərbaycanla bağlı müzakirələr nəyə xidmət edir? Bu, Azərbaycana təzyiq məqsədi daşıyır, yoxsa dinləmələr islahatlara, demokratiyanın inkişafında maraqdan xəbər verir?

F.Mustafanın bu məsələyə fərqli baxışı var: “ABŞ Azərbaycanla bağlı illərdir ki, dinləmələr keçirilir. Ancaq hələ də ABŞ-ın Azərbaycan kimi ölkələri normal dinlədiyinin şahidi olmamışam. Bu cür dinləmələr, hansısa maraqların təmin olunması üçün bir manevr kimi düşünülür. Ancaq Azərbaycan tərəfinin ABŞ-ın maraqları ilə bağlı əslində maksimumları və minimumları bəllidir. Əgər bu cür dinləmələrdə ABŞ Azərbaycandan demokratiya tələb edirsə, bunun açılışı verilməlidir ki, bu, Liviyaya, Misirə, İraqa və ya Suriyaya vəd olunan demokratiyaların hansındandır? Ona görə də nə Azərbaycan iqtidarı, nə də müxalifəti o qədər sadəlövh deyil ki, bu cür dinləmələrin nəticəvi hissəsinə ciddi yanaşsın. Azərbaycanda bu cür dinləmələrə deyil, onun arxasında duran korporativ maraqlara diqqət yetirilir və bunun üzərində baş sındırılır. Ümumilikdə isə, ABŞ-ın prinsipsiz xarici siyasəti indiki məqamda Azərbaycanın faydasına ola biləcək qərarların qəbuluna ümid vəd etmir”.

“Bəs, Azərbaycana qarşı Qərbdən təzyiqlər rəsmi BakıRusiyaya daha da yaxınlaşdıra bilərmi” sualına F.Mustafa belə cavab verib: “Azərbaycan və digər sovet şinelindən çıxmış ölkələr haçan Rusiyadan uzaqlaşmışdı ki, indi də yaxınlaşsın? Biz Rusiyanın hüquq qanunlarının təsiri altında olmasaq da, cazibə qanunundan kənarda qala bilməmişik. Ukrayna da, Orta Asiya da, Qafqaz ölkələri də belədir. Burada əsas səbəb ABŞ-ın bölgə ilə bağlı siyasətinin qeyri-müəyyənliyidir. Rusiya ilə yaxınlaşmamız dünyanın siyasət okeanında baş verən fırtınalarla əlaqəlidir, bizim kimi kiçik gəmilərdə üzən dövlətlər, hansısa ”Titanik"lərin yaxınlığında fırtınanın keçməsini gözləmək məcburiyyətindədir. 

Rusiyanın kobud üslubu var, ancaq yaxşı və ya pis xarakterini açıq ortaya qoyan ölkədir, yəni nə istədiyini və nə verə biləcəyini aydınlaşdırmaq çətin deyil. ABŞ isə artıq dostluğu ilə düşmənçiliyi bəlli olmayan bir nəhəngə çevrilib. Türkiyə kimi ən yaxın müttəfiqini Suriyada Rusiya ilə birgə hərbi iməcilik keçirməyə vadar edən bir ölkənin Azərbaycana hansı sürprizlər hazırlayacağı təqribən aydın olur. Liviya, Suriya, İraq göz önündədir, o zaman Azərbaycanın öz qonşuları ilə sabit münasibətlər qurmaqdan başqa yolu qalırmı? Bununla belə, ABŞ-la da, Avropa Birliyi ilə də qırıcı üslubdan uzaq durmalıyıq. Çünki bu fırtınada bir təhlükə yaranarsa, heç Rusiyanın xilasediciləri də köməyimizə gəlməyəcək". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar