Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafadan əsgərlərin yemək bişirməsinə münasibət


“Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır”


Milli Məclisin deputatı Fazil Mustafa orduda yemək bişirilməsinin və təsərrüfat işlərinin mülki şəxslərlə müqavilə əsasında həyata keçirilməsi barədə Ali Baş Komandanın göstərişinə münasibət bildirib. 

 Fazil Mustafa sosial şəbəkədəki səfifəsində bunun doğru bir qərar olduğunu qeyd edib:

“Mən Sovet ordusunda Ukraynada Daxili Qoşunlarda xidmət etmişəm. Bizdə bu işləri müqavilə əsasında mülki şəxslər yerinə yetirirdi və əsgərlər bütün günü hərbi təlimlərlə məşğul olurdu. Həqiqətən də təsərrüfat işləri zabitləri və əsgəri əsas vəzifəsinin icrasından uzaqlaşdırır. Ümumiyyətlə əsgərlərin və zabitlərin ayrı-ayrı komandirlərin şəxsi təsərrüfatında çalışması, yuxarı komandirlər üçün çoxsaylı xidmətçi-əsgər personalının mövcudluğu probleminə də diqqət yetirmək lazımdır. Əsgərin əsas vəzifəsi mümkün qədər qısa müddətdə ona təhkim olunan silahı mükəmməl səviyyədə istifadə etməyi bacarmaqdır. 

Bir də ən vacib məsələ valideynlərin hər həftə ciddi bir səbəb olmadan hərbi hissədə övladlarına baş çəkmə ənənəsinin dəyişilməsidir.

Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır. Kamçatkada, Vladivastokda deyil, uzaqbaşı Bakıdan 5 saatlıq yoldur, Əksər valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan vermirlər.

Bundan istifadə edən bəzi məsuliyyətsiz zabitlər və gizirlər də uşaqlara təzyiq göstərərək telefonlarına kontur yüklədirlər və ya başqa mənfəətlər güdürlər. Ən rahat xidmət edən əsgər, əsasən arxasınca valideyinin hər ay gəlmədiyi əsgərlər olur”.(ans)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar