Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərqlənmə nişanı olanlara cərimə kəsdilər


Qazax, Ağstafa, Tovuz rayonlarında qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən sürücülər cərimələniblər


Sənədsiz, fərqləmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər davam edir. Kəpəz TV-yə verilən xəbərə görə, Qazax, Ağstafa, Tovuz rayonları ərazisində Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının keçirdikləri yoxlamalar zamanı xeyli sayda qayda pozuntusu aşkar edilib, avtomobil idarə edənlər saxlanılıblar. 

Qazax-Gəncə istiqamətində hərəkət edən bir neçə marşrut sürücüsündə aylıq fərqlənmə nişanı olsa da, 5 illik lisenziyanın bitdiyi aşkarlanıb. Qaydalara uyğun olaraq qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus sürücülərinə yerindəcə cərimə protokolları yazılıb. 

Qərb bölgəsində keçirilən reyddə xidmət əməkdaşlarını görüb, taksi işarələrini götürənlər də, avtomobili ilə ərazidən uzaqlaşanlar da oldu. Bəziləri isə deyilən iradlarla razılaşmayaraq avtovağzala sərnişin daşımaq üçün gəlmədiklərini dedilər.

Reyd zamanı sənədləri qaydasında və  40 ildən çox stajı olan sürücülər isə digərlərinə nümünə oldu. Nazirliyin dövlət avtomobil nəqliyyatı xidmətinin Tovuz regional idarəsinin rəisi kəndlərdə yaranan marşrut çatışmazlığının da aradan qaldırılacağını bildirdi. 

Bölgədə reydlər mütəmadi olaraq davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar